Dekabristlər üsyanının 6 sirri
Aysel Abdullazadə tərəfindən "Maraqlı məlumatlar" bolməsinə 17:14 07 dekabr 2015 tarixində əlavə olunmuşdur

26 dekabr 1825-ci ildə Peterburqda (Rusiyanın keçmiş paytaxtı) dekabristlərin üsyanı baş verdi.

Bu tarixi hadisənin üzərindən Sovet mifologiyası pərdəsini açsaq, onda çox maraqlı faktlarla qarşılaşarıq.


1. Çar həqiqi deyil
Əslində, dövlət çevrilişi 26 dekabrda deyil, 27 noyabr 1825-ci ildə olmuşdur. Həmin gün imperator Aleksandr Taqanroqda vəfat etməsi xəbəri yayıldı və özündən sonra varisi qalmadığından, onun yerinə Konstantin Pavloviç (I Pavelin oğlu) çar elan edilmişdir. Əslində, Konstantinin imperator kürsüsünə əyləşməyə heç bir hüququ yox idi və həm də ki, o, hələ 1823-cü ildə Nikolayın xeyrinə taxt-tacdan imtina etmişdi.
1825-ci ilin dekabr ayının 3-də Konstantin taxt-tacdan imtina edir. O zamanlar gəzən söz-söhbətlərdən belə məlum olur ki, guya Konstantin atasının aqibətinin onu da gözləyəcəyindən qorxaraq (atası çar I Paveli boğaraq öldürmüşdülər) istefa vermişdir.
Konstantin tez bir müddətdə istefa verir və onun yerinə Nikolay çar elan edilir. Bu yerdəyişmə çox gizli və tez bir müddətdə həyata keçirildiyindən müxtəlif cür şaiyələrə səbəb olmuşdur.

2. “Sapları dartan” kimlər idi?
Yeni imperatorun andiçmə mərasimi 14 (26) dekabra təyin edilmişdi. Həmin bu vaxta dekabristlər öz mitinqlərini təyin etmişdilər və həmin vaxt bütün alayların “Senat meydanı”nda toplaşması planlaşdırılmışdı. Bununla da Nikolayın andiçmə mərasimini pozmaq nəzərdə tutulurdu. Saray adamları tərəfindən əsas süi-qəsdçi hesab edilən knyaz Trubeçkoy meydanda görsənmədi, koordinator Rıleyev isə Peterburq küçələrini o baş bu başa gəzirdi. Elə bil ki, onlar “ola bilsin ki”, “bəlkə də oldu” deyə, bir sözlə, bütün olacaq hadisələri, “bəxtəbəxt”, “görəsən necə olacaq?” deyə, kənardan izləmək istəyirdilər.

3. Narıncı tenologiya
Ordunu meydana çıxarmaq üçün klassik bir texnologiyadan istifadə olunmuşdu. Müasir zamanda onu “narıncı” adlandırardılar. Belə ki, Aleksandr Bestujev ordunun imperatora sadiqlik andı içməyə hazırlaşdığı zaman Moskva alayının kazarmasına gələrək, əsgərlərə belə bir məlumat vermişdir ki, onları aldadırlar, Konstantin heç də istefa verməyib və tezliklə
Peterburqda taxta oturacaq. Belə bir yalan məlumatla o, alayın bütün əsgərlərini Senat meydanına yollayır. Beləliklə meydana neçə-neçə minlərlə adam toplaşır.

4. Təxribatçılar
Meydana həmin vaxt imperatorun tərəfində olan alaylar da gəlmişdi, bir tərəfdə üsyançı xalq. Bir tərəfdə aldadılaraq meydana çıxarılmış alaylar, bir tərəfdə də imperatorun müdafiə edən alaylar. Üsyançılardan biri Qafqaz döyüşü qəhrəmanı Yakuboviç idi. O, həm də Moskva alayının komandiri təyin olunmuşdur. Amma o, başının ağrıdığını bəhanə gətirərək, meydanı tərk edir. Bir neçə saatdan sonra o imperatorun yanında duran camaatın içərisində peyda olur və imperatora yaxınlaşıb üsyançıları sakitləşdirmək üçün ondan izn istəyir və sonra üsyançıların yanına qayıdaraq,-“bərk durun, imperator da onun ətrafındakılar da sizdən yaman qorxur “ deyə üsyançıları daha da qızışdırmağa çalışırdı.

5. “Nəcib” atəş
Beləliklə, az bir zaman ərzində ağır qarşıdurma yaranır. Üsyançıları sakitləşdirmək və danışıqlar aparmaq üçün meydana gələn general Miloradov Kaxovskinin açdığı atəş nəticəsində ölür. Əgər qəhrəmanlıq etmiş Kaxovskinin həyatını diqqətlə nəzərdən keçirsək görərik ki, o, Smolensk mülkədarı olmuş, bütün var-yoxunu qumarda uduzmuş, sonra varlı adaxlı tapmaq məqsədilə Peterburqa gəlmiş, buna nail ola bilməmiş, daha sonra isə təsadüfən Rıleyevlə tanış olduqdan sonra gizli cəmiyyətə cəlb olunmuş Rıleyev və gizli cəmiyyət üzvləri onu uzun müddət Peterburqda öz hesablarına saxlamışdılar. Üsyan zamanı Rıleyev və cəmiyyət üzvləri tərəfindən Kaxovskiyə xüsusi tapşırıqlar verilmişdir. O, da generalı güllələməklə aranı daha da qızışdırmışdır.

6. Ağılsız və rəhmsiz
Sovetlər dönəmində “bədbəxt-əzabkeş” dekabristlər haqqında təhrif olunmuş bir əfsanə yaratmışdılar. Amma bu mənasız, ağılsız üsyanın qurbanları haqqında danışan yox idi. Bu qarşıdurmada heç nədən minlərlə günahsız əsgərlər, sadə əhali öldürülmüşdü. Bir sözlə, ən böyük zərbə xalqa dəymişdi. Üsyançıların ipə-sapa yatmadığını görən imperator onları top atəşinə tutmağa məcbur olur. Bunlardan 150-dən çoxu azyaşlı uşaq, 80-dan çox qadın, 100-lərlə yaşlı, qoca kişi və qarı, 500-dən çox əsgər və aşağı çinli zabit və s. həlak olmuşdur.

7. Hər şey gizli olaraq
Son zamanlar bu üsyanın səbəbləri haqqında yeni-yeni versiyalar üzə çıxmaqdadır. Belə ki, bir çox tarixi tədqiqatlar üsyanın səbəbinin məhz Konstantinin özündə olduğunu təsdiqləyir. Sən demə, elə üsyanın təşkilatçısı da məhz Konstantinin özü olub. Üsyan yatırıldıqdan sonra, tutulub həbs edilən üsyançıların istintaqında imperator Nikolayın şəxsən özü iştirak etmiş və həbs olunanların verdiyi ifadələrdən belə məlum olmuşdur ki, baş vermiş qarşıdurmalarda Konstantinin əli varmış. Çünki, o zamanlar Varşavada olmuş Konstantin oranı tərk edər-etməz orada da üsyanlar qarşıdurmalar baş vermişdir. Varşavanı tərk edib Vitebskə gələn Konstantin birdən-birə vəba xəstəliyinə tutulur və bir neçə gün ərzində dünyasını dəyişir (“vəba xəstəliyinin arxasında qəsdən öldürülmə də ola bilər” deyənlər də var).


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
7+31=
Hesaba giriş
Müəllif

Aysel Abdullazadə
Haqqında
Filoloq-Yazar -Ssenarist. Müəllifi olduğu ssenariyə "Qara Ləkə" adlı film çəkilişi davam edir. Azərbaycan və Türkiyə mətbu orqanlarında mütəmadi çap olunur, @maviidergi ilə əməkdaşlıq edir. Bir kitab yazarıdır, ikinci kitabı Türkiyədə çapa hazırlanır. Türkiyədə yaşayır, ailəlidir, bir qız övladı var. ayselabdullazade.blogspot.com blog yazarı
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0636 saniye