Beşiyin başında bir gün söylənən ,Arzuya , duaya , sevincə dönən ,Zamanı çatanda dildə göynəyən ,Demək ki , borc verir laylanı ana ! Qolları üstündə bizi uyudan , Hər səhər oxşaraq bizi oyadan , Sevincdən yaranıb , qəmə qayıdan , Demək ki , borc verir laylanı ana ! O şirin laylanın həzin nəğməsi ,AZAN tək könlündə ucalar səsi ,Anılar sətrində sözü , kəlməsi ,Demək ki , borc verir laylanı ana ! YAQUT HÜSEYNOVA