Dəniz dalğası
Rahid Zahidoğlu tərəfindən "Şeir" bolməsinə 13:12 09 avqust 2016 tarixində əlavə olunmuşdur

Oturub dənizin sahil kənarlarında,
Göz-gözə baxırıq danışmırıq biz
Səni ağ gəlinlikdə görüb xəyallarımda
Həzin musiqi ilə rəqs edirik biz.

Qulaq as sevgilim, dənizin dalğasına
Gör o bizə nələr deyir, nələr danışır.
Onun hər nəğmə deyişinə, xışıltısına
Məhəbbətim qarışır, sevgim qarışır.

Dəniz layla deyir , ay ışıq saçır
Dalğalar sahildə uşaqtək qaçır
Səadət qəlbimizdə əbədi yatır.
Sevgilim, əlimi buraxma mənim

Səni çox aramışam, çox axtarmışam mən
Sanki sənsiz günlərimdə yaşamamışam mən
Tənha qalmışam mən, səssiz qalmışam
Amma bir an olsun belə sevməkdən usanmamışam mən

Gəl inad eyləmə, şans ver ikimizə
Gör necə yaraşırıq axı biz bir-birimizə
Sanki Dəniz belə ağlayır sevgimizə
Bu qaranlıq gecənin səssizliyində


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
8+31=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0408 saniye