Dənizdən hekayələr - 1
Лала Агаева tərəfindən "Esse" bolməsinə 22:00 13 mart 2016 tarixində əlavə olunmuşdur

Dənizdən həmişə qorxmuşam onu dəli kimi sevməyimə baxmayaraq. Uzaqdan baxmaq rahat idi ,amma heç vaxt yaxınlaşmağa tam cürət eləməmişəm. Qorxulu,qəmgin və dərdli dənizlər. Dənizlərin o qədər hekayəsi,o qədər sirləri var ki,biz bilmirik. O qədər intihar,qışqırıq,qəmgin,hissiz və səssiz baxışlar. Dənizin dibləri məni həmişə qorxudub. Dərinlikdəki ümidsizliklər,bitmiş həyatlar və puç olmuş xəyallar... Dənizin suyu bilirsən niyə duzludur?! Dənizdə o qədər göz yaşı var ki. Darıxanda dərdləşdiyimiz,bəzən üstünə qışqırdığımız,bəzən susaraq baxışdığımız,xarici möhtəşəm,daxili dərdli dənizlər. Biranlıq düşünürsən... Əgər hər şey fərqli olsaydı necə olardı? Məsələn:Dənizlərin dili olsaydı?! O, danışarkən biz onu bu qədər səbrlə dinləyə bilərmiydik? Dənizin o mavi,dəli dalğalarıdır məni qorxudan,amma nə olsun,sevirəm onu... Küləkli havalarda eşitdiyim dalğa səsləridir məni qorxudan... Belə vaxtlarda danışır onlar... Dalğalarını qayalara çırparkən edir üsyanını... İçindəki sirlərdir,həyatlardır danışan... Kimlərinsə cəsarətsizliyi,kimlərinsə susqunluğu,kimlərinsə qarşılıqsız sevgisi... Qorxuram dənizlərdən,amma sevirəm dənizləri... Amma sevirəm bütün dərdlərini,günəşlə rəqs edən parlaqlığını,bəzən sakitliyini,bəzən əsəbini...


... dəfə oxunub
Qiymət: 10/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
5+22=
Hesaba giriş
Müəllif

Лала Агаева
Haqqında
Агаева Лала
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0374 saniye