Dəyərsizdən Dəyərliyə
Luna tərəfindən "Şeir" bolməsinə 14:22 30 yanvar 2017 tarixində əlavə olunmuşdur

Nə qədər dəyərsizəm sənin gözlərində

İncə-incə kəsdin məni kobut sözlərinlə

Əllərimin izidə heç qalmadı əllərimdə

Çox soyuqsan sevgidən uzaqdır o ürəyində

Qaranlıqdır otağın pərdələrin bağlı

Bu dəyərsiz insanın yenə səndə qalıb ağlı

Sən tikdin? aramıza bu buz tək divarı

Bir balaca uşaq kimi mən azmışam hislərində

Sənə inandım mən niyə belə saxta oldun

Dağıtdığın dünyamdan sən nə həyat umdun

Əkdiyim ümidləri dərib tez qurutdun

Nəfəsin dolacaq bəlkə bu qışda həsrətimlə

İndidən ölmüş olar bu tək tərəfli sevgi

Boğulmasın deyə dayaz qazdım qəbri

Yeri ürəyimin ən çox günəş düşən təri

Evvəlki tək oturmarmaram danışmaram

xəyalımda bil səninlə

Bu nə yeriş bu nə baxış bu nə sözlərdir görən

Bu nə hisdir gizlədirəm mən özümdən

Etiraf etməliyəm etməliyəm ki sevirəm

Yada bir not yazıb çıxıb getməliyəm

Dəyərsizdən dəyərliyə bir sevgilik hörmətlərlə

O məndən utanıb qaçan ruhundan öpürəm


... dəfə oxunub
Qiymət: 5/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
4+8=
Hesaba giriş
Müəllif

Luna
Haqqında
Aytac Axmedova
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0335 saniye