Dil xalqın varlığıdır, dil yoxdursa, xalq da yoxdur
Лала Агаева tərəfindən "İnşa" bolməsinə 23:10 23 mart 2016 tarixində əlavə olunmuşdur

                                                                                      Dil açanda ilk dəfə ana söyləyərik biz,
                                                                                      “Ana dili” adlanır bizim ilk dərsliyimiz.
                                                                                       İlk mahnımız laylanı anamız öz südüylə
                                                                                       İçirir ruhumuza bu dildə gilə-gilə.

Vahidlik istənilən xalqın əlamətidir. Dil,mədəniyyət,milli-şüur ümumiliyi xalqı birləşdirən,onu bütövlükdə formalaşdıran amilləridir. Aydındır ki,hüquqi mənada da xalq vahid olmalıdır. Xalq anlayışı,bilavasitə coğrafi ərazi ilə də sıx bağlıdır. İstənilən xalqın vahid,bütöv bir etnos kimi özünü dərk etməsində milli şüur,dil,mədəniyyətdə yanaşı,tarixi ərazi də mühüm əhəmiyyətə malikdir. Ərazi xalq üçün xüsusi əhəmiyyətə malik olan bir amildir və xalqın tarixi onunla əlaqədardır. 
   Xalqın vahidliyi dedikdə, onun əsasını təşkil edən millətlərin birliyi və bölünməzliyi başa düşülür. Azərbaycan Respublikası onun ərazisində yaşayan bütün millətlərin, bütün vətəndaşların bölünməz vətənidir. Azərbaycanın ərazisində milli azlıqların bütövlüyünə və vahidliyinə təminat verir və onların dilləri, dinləri, hər hansı bir təşkilatlara mənsubluğu məhdudlaşdırılmır. Ölkəmizdə milli azlıqların hüquqlarının qorunması sahəsində müvafiq normativ-hüquqi aktların qəbul edilməsi, milli mənsubiyyətə görə məhdudiyyətin yolverilməzliyi dövlətin bütövlüynə və vahidliyinə zəmin yaradan şərtlərdir.
   Dil xalqın vahidliyini bildirən əsas şərtlərdəndir. Əgər bir xalqın dili yoxdursa, deməli xalq da yoxdur. Azərbaycan Respublikası ərazisində də bir çox milli azlıqlara mənsub xalqlar yaşayır ki, belı millətlərə ləzgilər, ermənilər, ruslar, talışlar, avarlar, türklər, tatarlar, tatlar, ukraynalılar, saxurlar, gürcülər, yəhudilər, kürdlər, qrızlılar, udinlər, xınalıqlılar və digər xalqlar aiddir. Bu milli azlıqların hər biri öz dilində danışır, buna məhdudiyyət qoyulmur. Milli azlıqlara mənsub sıravi vətəndaşla sıravi azərbaycanlının hüquqları bərabərdir. Bu hüquqlar nə bir-birindən üstün, nə də bir-birindən aşağıdır.
   Hər bir xalq, hər bir millət , hər bir ölkə vahidliyini bildirən dilini qorumağa çalışır, bu dili yaşatmağa, tanıtmağa başlayır ki, ana dilləri ölməsin, itməsin və unudulmasın. Dil bir ölkə, həmin dildə danışanlar isə bu ölkənin müdafiəsində duranlar, onun qoruyucularıdır. Əgər bu qoruyucular ölkəni lazımınca müdafiə edirsə ölkə ayaq üstə qalacaq. Yox.əgər ölkə lazımınca müdafiə olunmursa ölkə çökəcək . Ölkənin məşhurlaşması dilin dünyada tanınması, ən çox danışılan dil olmasıdır. Yox, əgər bu ölkə işğalçıların,yadellilərin əlinə keçərsə, dil ölər, itib batar,məhv olar. Elə ölkələr var ki, ölkənin unudulmasına rəğmən dili yaşayır, yaşadılır. Bu dillərdən ən məşhuru, ən yaşadılanı, ən qədim tarixə malik olanı latın dilidir. Latın dili elmin bir çox sahələrində işlənən məşhur dildir. Latın dili loğmanların, alimlərin, bioloqların dilidir. Latın xalqı ölübamma dil yaşayır. Deməli, zamanında onlar bu dil uğrunda savaşıb, canlarından keçib ki, bu dil yaşasın, tanınsın. Bu dil müharibələrdə çökmüş binaların atında, qalaq-qalaq, üst-üstə atılmış insanların yanında basdırılmasın, kəfənsiz ölü kimi bir daşın altında, bir çayın suyunda itməsin.
   Biz Azərbaycan vətəndaşlarının da dili Azərbaycan dilidir. Bu dil milyon-milyon savaşlardan üzüaçıq çıxıb. Çənlibeldə at oynadan Koroğlu, Bəzz qalasını Ərəb xilafətindən müdafiə edən Babək, bu dillə xalqına nəsihət verən, şərqə, qərbə işıq saçan Füzuli bu dildə əsərlər yaşatmış, bu günlərə gətirmişsə demək bu xalqın müdafiəçiləri onu qoruya bilib.

                                                                                   Bu dil, – bizim ruhumuz, eşqimiz, canımızdır,
                                                                                   Bu dil, – bir-birimizlə əhdi-peymanımızdır.
                                                                                   Bu dil, – tanıtmış bizə bu dünyada hər şeyi.
                                                                                   Bu dil, – əcdadımızın bizə qoyub getdiyi
                                                                                   Ən qiymətli mirasdır, onu gözlərimiz tək
                                                                                   Qoruyub, nəsillərə biz də hədiyyə verək.


... dəfə oxunub
Qiymət: 10/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
5+10=
Hesaba giriş
Müəllif

Лала Агаева
Haqqında
Агаева Лала
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0376 saniye