Dilənirəm
Günel Fərhadqızı tərəfindən "Esse" bolməsinə 16:26 20 noyabr 2015 tarixində əlavə olunmuşdur

Dilənirəm…

Özüm üçün dilənmirəm…

Dilənirəm insanlarçün…

Mələklərdən dilənirəm saflığı mən uşaqlara vermək üçün…

Dilənirəm mələklərdən qanadları uçmaq üçün səmalara, baxmaq üçün yuxarıdan aşağıya…

Bir insandan başqasına vermək üçün vicdan, ağıl dilənirəm…

Dilənirəm şairlərdən, yazarlardan yeni sözlər yazmaq üçün insanlardan…

Yeni sevgi dilənirəm sevənlərdən sevməyənə göstərməkçün…

Dilənirəm diləkləri uşaqlardan böyüklərə vermək üçün…

Dilənirəm həyatı mən ölənlərdən dirilərə vermək üçün…

Dilənirəm dayanmadan, yorulmadan, bu həyatda hər kəs üçün…

Dilənirəm xoşbəxtlərdən səadəti bədbəxt olan insanlar üçün…

Dilənirəm sağlamlardan sağlamlığı xəstələr üçün…

Dilənirəm cavanlardan cavanlığı qocalarçün…

Dilənirəm əməyi mən, güc, qüvvəti, tənbəllərdən menden olsun bir hediyye…

Dilənmirəm pul, mal-mülkü, vəzifəni, şöhrəti mən…

Dilənmirəm maşını mən, villanı mən, yaxtanı mən…

Kasıblarçün dilənirəm səbr, dözüm,  varlılarçün dilənirəm insanlığı, əsl insan necə olur, qoy bilsinlər…


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
3+29=
Hesaba giriş
Müəllif

Günel Fərhadqızı
Haqqında
Maliyyəçi, risk, sərmayə meneceri, təlimçi, köşə yazarı, jurnalist, yazar
Əlaqə
Tel.:
0702021606
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.0239 saniye