Distopiya
Kollaps tərəfindən "Elmi məqalə" bolməsinə 22:54 19 aprel 2014 tarixində əlavə olunmuşdur

Bir ütopiya, Bir dövlət fikirləşin. Normal 1 ölkə kimi. Ancaq bu Xəyali dövlətin normal dövlətlərdən bir fərqi var ki , bu dövlətdə hakimiyyət insanların fikirlərini ayrı-ayrılıqda oxuya bildiklərini , və onları hər an izlədiklərini iddia edir. Xalqınsa əksəriyyərti buna inanır , bunun əksini düşünməkdən qorxur, hətta ağıllarına belə gəldikdə öz-özlərinə üzr istəyirlər. Axı hakimiyyət onların beynin oxuyur. Və yavaş-yavaş bəzi insanlar peyda olmağa başlayır.  hakimiyyətin yalan dediyini iddia edən , öz doğruları üçün qorxularını əzən anarxistıər. Onlar özləri də şübhəlidirlər, ancaq bu qədər hakimiyyətə əks fikirləri beyinlərindn keçirməklərinə və danışmaqlarına baxmayaraq , hakimiyyətin onlardan xəbərsiz olması hər keçən gün onların şübhələnəcək qədər olan inamını sarsıdıb əminliyə aparırdı. Ancaq digər vətəndaşlar hakimiyyətin xəbərsiz olub susmasını mərhəmət kimi dəyərləndirirdi. Anarxistlər xalqın özü tərəfindən təqib olunmağa başlanırlar. İnsanlar onları təhqir etməyə başlayırlar , çünki xəyali ölkənin vətəndaşları xəyali ölkənin anarxistləri kimi cəsur deyillər. Vətəndaşlar anarxistəri təhqir etməklə hakimiyyətə yaranmağa çalışırlar , hakimiyyəti necə müdafiə etdiklərini göstərirdilər. Vətəndaşlar özlərini də hakimiyəti sevdiklərinə inandırmışdılar. Onlar nə qədər anarxistləri sıxışdırsa o qədər çox hakimiyyətə özlərin sevdirəcəylərini fikirləşirlər.

   Əgər əhali sayısı və başqa göstəriciləri eyni saya malik olan , biri danışdığımız xəyali biri normal olmaqla iki ölkə götürsək Normal dövlətdə anarxistlərin sayı xəyali dövlətdəkindən qat-qat çoxdur. Xəyali dövlətdəki anarxistlərin sayı isə normal dövlətdəki ateistlərin sayı ilə təqribən eynidir.


... dəfə oxunub
Qiymət: 9/10(5 səs)
[qiymət ver ]
Şərh yaz
9+4=
Hesaba giriş
Müəllif

Kollaps
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.032 saniye