Dünya ədəbiyyatında maraqlı olaylar
Nigar Şahsuvarova tərəfindən "Maraqlı məlumatlar" bolməsinə 23:28 24 dekabr 2015 tarixində əlavə olunmuşdur

Görkəmli ingilis yazıçısı Cek Londonun intihar etməsi barədə iki fakt var. Bunlardan biri onun özünü qatarın altına atmasıdırsa, o biri isə zəhər qəbul etməsidir.

Böyük rus yazıçısı Lev Tolstoyun ölümü ilə bağlı da söz-söhbətlər mövcuddur. Kimisi onun arvadı ilə son anda müsəlmanlığı qəbul etməsi üzərində mübahisə etdikdən sonra bayıra çıxıb donvurmadan öldüyü haqda məlumat verirsə, başqa birisi Tolstoyun qəsdən özünə qəsd etdiyini bildirir.

Rus şairi Serqey Yesenin müəmmalı ölümü ilə bağlı da bir çox faktlar var. İlkin versiyada bildirilir ki, şair özünü asaraq intihar edib. Amma bəzi mütəxəsislər bildirirlər ki, Yesenin Peterburqa gələrkən əlində bir çanta kitab olub və görünür ki, şair bu kitabları oxumaq üçün bura gətirib. Bu anda meydana sual çıxır: Serqey Yesenin əgər özünü öldürəcəkdirsə, nəyə görə bir yığın kitabla Peterburqa gəlir? Görünür, onun ölümündə başqalarının əli var.

Mixail Şoloxovun “Sakit Don” əsəri haqqında da söz-söhbətlər bitmək bilmir. Deyilənə görə, bu əsəri rus yazıçısı hansısa bir əsgərin müharibədə yazdığı gündəliyindən oğurlayıb.

Dünyanın ən məşhur yazıçısı amerikalı Cerom Selincerin “Çovdarlıqda uçurumdan qoruyan” romanını yazdıqdan sonra onda psixoloji gərginlik yarandığı haqqında xəbərlər mövcuddur. Belə ki, onu müalicə etməyə gəlmiş həkimi Selincer romanındakı Holdin Kolflid obrazına bənzətmiş və bundan sonra qapıların bağlanmasını əmr edərək hər kəsin bayıra çıxmasını, onu həkimlə təkbətək qoymalarını istəyib. Daha sonra Selincerin əlində tüfəng otaqda təkbaşına qaldığı və heç kimi içəri buraxmadığı haqqında məlumatlar verilib.

Oğuz Ayvaz


... dəfə oxunub
Qiymət: 4/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
4+15=
Hesaba giriş
Müəllif

Nigar Şahsuvarova
Haqqında
Yazar, kitabsevər, kinoman.
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.0236 saniye