Dünyanın ən qədim göydələnləri
Sirlər Ensiklopediyası tərəfindən "Maraqlı məlumatlar" bolməsinə 21:00 25 oktyabr 2015 tarixində əlavə olunmuşdur

Bəşəriyyətə məlum olan ən qədim göydələnlər Yəməndə inşa olunub.

Hələ də “ayaqda qalan” göydələnlərdə insanlar yaşayır. UNESCO tərəfindən qorunan tikililər Yəmənin turizm obyektlərindən hesab olunur.

Güman edilir ki, göydələnlər müqəddəs kitablarda da haqqında danışılan Ad qövmü tərəfindən inşa edilib. Tarixi mənbələrdə isə tikililərin inşaatçıları kimi Hadramut vilayətində yaşayan Hadramilər göstərilib. Onlar bu tikililəri dağıdıcı hücumlardan qorunmaq üçün tikiblər.

Qeyd edək ki, tarixi göydələnlərdə dəmirdən istifadə edilməyib. Yalnız palçıq və kərpicdən tikilən tarixi abidələr müasir dövrün göydələnləri ilə rəqabət apara bilər.


... dəfə oxunub
Qiymət: 10/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
10+27=
Hesaba giriş
Müəllif

Sirlər Ensiklopediyası
Haqqında
Sirlər Ensiklopediyası Facebook səhifəsinin rəsmi Yazar.in profili. Ən maraqlı xəbərlər, qeyri-adi faktlar və sirli hadisələr haqqında yazılar, foto və videolar sizin üçün çox maraqlı olacaq...
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0309 saniye