Dünyanın ən qədim universitetləri
Vəfa Teymurova tərəfindən "Digər yazılar" bolməsinə 12:17 18 sentyabr 2014 tarixində əlavə olunmuşdur

Universitet sözü latınca “Universitas” sözündən götürülüb, mənası birgəlik, ümumilik deməkdir. Fundamental və tətbiqi sahələr üzrə kadr hazırlayan ali məktəblərə deyilir. Hal-hazırda universitetlər həmçinin elmi mərkəz kimi də fəaliyyət göstərir. Dünyadakı ən qədim 10 universitetə dair məlumatlardan ibarət siyahını sizə təqdim edirəm:

1. Əl-Qarauin Universiteti: Mərakeşin Fes şəhərində yerləşir. 859-cu ildə  Fatimə əl-Fihri tərəfindən əsası qoyulub. İlk dəfə məscid olaraq faəliyyət göstərmişdir. 1957-ci ilədək burada sadəcə təbiət elmləri tədris olunurdu. Fizika, riyaziyyat, kimya və xarici dillər də əlavə edilərək universitet daha da inkişaf etdirildi. Hal-hazırda “dünyanın fasiləsiz fəaliyyət göstərən ən qədim ali təhsil müəssisəsi” olduğu üçün Ginnesin Rekordlar Kitabına daxil edilib.

http://al-karaouine.com

2. Əl-Əzhər Universiteti: Bu təhsil ocağı Misirdə yerləşir. Universitetin əsası 970-ci ildə Misir Fatimiləri tərəfindən qoyulmuşdur. İlk olaraq cümə məscidi kimi fəaliyyət göstərib.  1961-ci ildən etibarən burada qızlar üçün də ixtisaslar açılmışdır. Hal-hazırda sadəcə dini elmləri üzrə deyil, müasir elmlər üzrə də İslam dünyasının mədəniyyət mərkəzlərindən hesab olunur.

http://www.alazhar.gov.eg

3. Nizamiyyə mədrəsələri: Səlcuq sultanı Alp Arslanın vəziri Nizamülmülk tərəfindən 1067-ci ilin sentyabr ayında, Bağdad şəhərində əsası qoyulub. Daha sonra onun təşəbbüsü ilə Nişapur, Amul, Mosul, Herat, Dəməşq, Bəsrə kimi şəhərlərdə də mədrəsələr istifadəyə verilib. “Nizamiyyə”lərdə iqtisadi biliklər, riyaziyyat, fəlsəfə, fiqh və s. tədris olunurdu.

4. Balonya Universiteti: Qərb dünyasının ilk qurulan institutlarından hesab olunur. 1088-ci ildə İtalyanın Balonya şəhərində əsası qoyulub.  İlk olaraq hüquq təhsili verən institut zaman keçdikcə məntiq, tibb, fəlsəfə, astronomiya, bir sıra xarici dillər və s. üzrə ixtisaslaşıb. Bu gün Qərb təhsil sistemində liderliyini qoruyur.

http://www.unibo.it

5. Paris Universiteti: İlk qurulduğu tarix dəqiq bilinməsə də, XII əsrin ortalarında fəaliyyətə başladığı qeyd edilir. 1160-1250-ci illərdə artıq institun varlığından qaynaqlarda bəhs edilir. 1793-1986-cı illər ərzində isə bu mərkəzin tamamilə faəliyyəti dayandırılıb. Lakin 1970-ci ildə 13 muxtar instistuta bölünərək yenidən istifadəyə verildi. 1257-ci ildə yaradılan Sorbonne kollecinin adını daşıyan institut XII əsrdə Notr Dam Kilsəsinin ətrafında elm mərkəzi kimi sıx birləşdirilmişdi. Tarixən 3 dəfə fəaliyyətinə son qoyulun bu institut ən son 1968-ci ildə “Fransız mayı” mədəni inqilabı zamanı qapadılmışdı. Birinci dəfə 1229, ikinci dəfə 1940-cı ildə alman basqını səbəbiylə fəaliyyatı dayandırılan universitet hal-hazırda Qərb təhsil sistemində özünəməxsus yer tutur.

http://www.paris-sorbonne.fr/

6. Oksford Universiteti: Paris Universitetinin tarixçəsi kimi bu təhsil mərkəzinin də quruluş ili dəqiq bilinmir. Formal olaraq 1096-cı il götürülsə də, tarixən daha qədim olduğu qeyd edilməkdədir. II Henrixin tələbələrə Paris Universitetində təhsil almağı qadağa etməsindən (1167) sonra  institut xüsusən inkişaf etməyə başladı. Bu ali məktəb 2 dəfə müvəqqəti olaraq bağlanıb. Birinci dəfə 1209-cu ildə iki alimin edamı və St.Scholastica qiyamı zamanı. Hal-hazırda universitet 39 kollecdən ibarətdir ki, hansı ki, onların da öz daxili quruluş və faliyyətləri mövcuddur. Bu kolleclərdən yalnız birində ( St.Hilda) qadınlar təhsil ala bilər.

http://www.ox.ac.uk

7. Montpelier Universiteti: Fransanın Montpelier şəhərində yerləşir. 1150-ci ildə fəaliyyətə başladığı qeyd edilməkdədir. Papa IV Nikolas tərəfindən 1289-cu ildə verilən fərmanda uzun müddət mövcud olan məktəbləri bir universitetdə birləşdirmək əmr edilirdi. Məhz bu səbəbdən institutun rəsmi quruluş tarixi 1289-cu ildən götürülür. 1793-cü il Fransız İnqilabı zamanı institut bağlansa da, 1810-cu ildə dilçilik, 1880-ci ildə isə hüquq ixtisasları üzrə yenidən bərpa edildi. 1969-cu ildə isə modern ali məktəb strukturunda faəliyyətini daha da genişləndirdi. Hal-hazırda müasir elm və texnologiya üzrə ixtisaslaşıb.

http://www.univ-montp1.fr/

8. Kembric Universiteti: Bu ali məktəb dünyadakı ən qədim ingilis dilli universitetlərdən biridir. 1209-cu ildə Oksford Universitetində baş vermiş münaqişə səbəbilə oranı tərk etmiş alimlər tərəfindən əsası qoyulub. Bu səbəbdəndir ki, bu 2 universitet arasında artıq əsrlər sürən rəqabət hələ də davam etməkdədir. Hal-hazırda 31 kollec, 150 departament, çox sayda fakultə, məktəb və institutlardan ibarət olan Kembric dünyanın ən yaxşı universitetləri içərisində ilk beşlikdədir. Üstəlik bu təhsil mərkəzi dünyada ən çox(81) Nobel Mükafatı almış qurumdur.

http://www.cam.ac.uk/

9. Salamanka Universiteti: İspaniyanın Salamanka şəhərində yerləşir. Bu məktəb 1218-ci ildə əsası qoyulub, 1225-ci ildə papa IV Aleksandrın fərmanı ilə ona universitet adı verilir. Əslində məktəb Leon Kralı IX Alfonsonun əmri ilə əhalinin şəhəri tərk etməsi əvəzinə öz şəhərlərində təhsil almaları məqsədilə açılmışdır. Bu gün Salamanka humanitar və dil tədqiqatları üzrə ixtisaslaşmaq istəyənlərin seçimləri sırasındadır.

http://www.usal.es

10. Padova Universiteti: Bu İtalyadakı ən qədim ikinci universitetdir. Bu ali məktəb 1222-ci ildə Bolonya Universitetini akedemik azadlıq axtarışı ilə tərk edən tələbələr və professorlar tərəfindən əsası qoyulub. İlkin olaraq anatomik mərkəz kimi faəliyyət göstərirdi, hansı ki, ictimai təzyiqlər altında insan bədənini öyrənən alimlər və rəssamlar üçün nəzərdə tutulmuşdu. XIX əsrdə artıq mühəndislik, hüquq, digər siyasi elmlər, fəlsəfə və s. üzrə də ixtisaslaşma aparılmağa başlandı. 2003-cü ildəki məlumata əsasən bu universitet təxminən 65.000 tələbəyə malik idi.

http://www.unipd.it/

Qeyd. Şəkildə Əl-Qarauin Universiteti təsvir olunmuşdur.


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
9+12=
Hesaba giriş
Müəllif

Vəfa Teymurova
Haqqında
İnternetdən həyata dair əldə etdiyim maraqlı məlumatları sizlərlə bölüşəcəyəm.
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0294 saniye