Dünyaya ''Real Göz''nən baxaq...
Bahar F-va tərəfindən "Digər yazılar" bolməsinə 15:24 12 fevral 2014 tarixində əlavə olunmuşdur

 Yazıya tədqiqatçı alim ''Roy Amara'' nın sözləri ilə başlamaq istəyirəm. '' Biz qısa vaxt ərzində texnologiyanın effektini yüksək qiymətləndirməyə meyilli olduq və uzun vaxt ərzində onun effektini lazımı qədər dəyərləndirdik...''  Fantaziya.İnsanlar fantaziyanı həmişə sevmişlər. Xeyir və şər ruhlar, təbiətin anlaşılmaz hadisələri haqqında qorxulu və xoş fantaziyalar bütün filmlərdə vardır. Zaman keçdikcə insan özünü əhatə edən aləm haqqında daha çox şey öyrəndi və bu aləm özü qorxunc, sehrli, anlaşılmaz cəhətlərini itirdi. İnsan dünyanın bir çox sirlərini ala biləcəyini başa düşdü. İnsan elm və texnologiyanın köməyilə, hətta gələcəyə də nəzər salmağa cəhd etdi. Bəşəriyyət bütün təbiət qüvvələrinə hakim olduqdan sonra, həyatın necə olacağı haqqında xəyala dalmağa başladı. İnsan təxəyyülünə təkan verən, onun yeni kəşfləri üçün zəmin hazırlayan fantastik filmlər və süjetlər belə yarandı. Film tarixində texnologiya bir formada gözlənilmədən yaranır və hətta gündəlik həyatımızın əsas hissəsinə çevrilir. Ancaq bəzi filmlər vardı ki, onların əksəriyyətinin nüvəsində texnologiyalar dayanmırdı, cari qurğuların köməyilə ərsəəyə gəlirdi. Gələcək innovasiyaların yarandığı və meydana çıxdığı vaxtları nəzərə almasaq bu filmələr çox çətin bir əməyin məhsulu olurdu. Baş verənlər isə, inqilaba səbəb ola biləcək qədər qeyri-adi , mativasion alınmırdı. İnsanlarda filmin süjetinə maraq doğura bilməsi üçün çəkilişlər zamanı rejissorlar hər cür üsuldan istifadə edirdilər.                                          Mütəxəssislərin fikrincə bu fərq çəkiliş zamanı olan tempdən ibarət idi. Tempi müəyyən edən başlıca amillərdən biri də yazılan mətnlər, dialoqlar, aktyor məharəti və s aid idi. Robotlaşan dünya.Kompüterlərdən istifadə - indinin özündə və keçmişdə çəkilən filmlərin arasında əsas fərqlərdəndir. Film istehsalatı prosesində videonun müasir istifadəsi texnoloji prosesin iki variantına gətirib çıxardı: bir istifadə tamamilə film və digəri isə, filmin və videonun qarışığının birgə istifadəsi. Müt Texnologiyada aşkar dəyişiklikdən sonra ümumi fərq ortaya çıxdı. Mütəxəssis Rodney Brooks TED2013-ündən bugünkü film çəkilişlərindən danışanda robotlar haqqında söz açmağa ehtiyac olduğunu vurğulayır. O vaxt insanlar növbəti bir neçə il ərzində onların işinə, məişətinə, filmlərinə daxil olan robotların olduğunu biləndə təlaşa düşdülər. ABŞ-da Mərkəz texnologiyanın inkişafının rəhbərliyi qarşısına belə məqsəd qoymuşdu ki, qarşıdakı onilliklərdə robotlar olsun və qocalan dünya əhalisiylə işləyə bilərcək qüvvəyə malik olsun. Brooks göstərir, biz Birləşmiş Ştatlarda, Avropada və Çində bu kimi halların şahidiyik, eyni zamanda, işçilərin əksəriyyətinin böyüklər təşkil etdiyi demoqrafik azalmada ''robotlar'' köməyə gəldi. İndi bu robotların köməyi ilə asan keçilə bilməyən sərhədlət, açırımlar keçilir, görülə bilməyən ən qəliz işlər bir dəqiqənin içində görülür və s. Bununla da insan beyni fiksasiya etməyə başlayır, hətta balacalar bəzən filmlərdə gördüyü hadisəni və ya işi öz həyatında tətbiq etməyə başlayır.                       Rəngli dünyaya keçid. Nəzərinizə onu da çatdıraq ki, dünyada ilk rəngli film Böyük Britaniyada çəkilib. Bu filmi Bradforda yerləşən Böyük Britaniya Milli KİV və Texnologiya Muzeyinin alimləri arxivdə fotoqraf Edvard Reymond tərəfindən çəkilmiş kadrları aşkarlayıblar. Qeyd edək ki, bu vaxta qədər ilk rəngli kinolentin 1909-cu ildə ərsəyə gətirildiyi hesab edilib. Lakin Böyük Britaniya Milli KİV və Texnologiya Muzeyinin alimlərinin tapıntısı sübut edib ki, Edvard Reymond rəngli kino çəkilişinə görə 1899-cu ildə patent alıb. O, XX əsrdə İngiltərə həyatı ilə bağlı 1902-ci ildə qısa kinoçəkiliş aparıb. Bu zaman qırmızı yaşıl və sarı rənglərin hər bir ayrı-ayrı lentlərə çəkilib. Lakin 1902-ci ildə Edvard Reymond vəfat etdiyi üçün proyeksiya sistemi ilə işıqlandırılması nəzərdə tutulan bu film ekrana çıxmayıb. Müasir kompüter texnologiyası ilə rəssamın çəkdiyi kadrları bərpa edərək baxmaq mümkün olub və bu da Edvard Reymondun üsulunun özünü doğrultduğunu təsdiq edir. Hazırda bu filmə Bradforddakı muzeyin kitabxanasında baxmaq mümkündür


... dəfə oxunub
Qiymət: 7/10(4 səs)
[qiymət ver ]
Şərh yaz
3+35=
Hesaba giriş
Müəllif

Bahar F-va
Haqqında
Baki Slavyan Universiteti (Jurnalistika, IV kurs)
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.0415 saniye