Düyün
Mirzə Lazım tərəfindən "Şeir" bolməsinə 13:58 26 noyabr 2023 tarixində əlavə olunmuşdur

Pərçimdir könlümün düyünü çoxdan
Ha dartsam, açılmır, düşürəm ruhdan
Sən məndən də betər oldun unutqan
Unutdun bir şair sevirdi səni

Susana yox insaf, heç eləmə şəkk
Gördü ki, bükmüşəm boynumu ürkək
Oynadı bu fələk mənlə uşaqtək
Nə aldı əlimdən, nə verdi səni

Özümü bunca kəm bilməzdim heç mən
Şairə tən edib, xor görüb keçmə
Neyləsin, əlindən gəlmədi heç nə
Sonda bu kitaba çevirdi səni

Allaha qayıtdım, yolum həminki
Tutdum ətəyindən, elə döndüm ki...
Vaxtında gəlib çıx, bir də gördün ki,
Dualar qəlbimdən devirdi səni


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
3+11=
Hesaba giriş
Müəllif

Mirzə Lazım
Haqqında
Bir gün bütün balıqların günəşə qovuşması diləyi ilə...
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0372 saniye