ƏBƏDİ GET
İlkin Abbas tərəfindən "Şeir" bolməsinə 12:32 04 mart 2015 tarixində əlavə olunmuşdur


Bəs deyirdin yoxam artıq,
ölüyəm mən 

Yenidənmi doğulmusan
qaraltdığın dünyama sən?!
Bəs deyirdin gedəcəyəm,
İzim tozum qalmayacaq.
Könlüm sevgi axtaracaq,
Səni yada salmayacaq.
Deyirdin ki, yeni dostlar qazanaraq
xoşbəxt həyat sütəcəyəm.
Deyirdin ki, hər qarşıma çıxdığında
rişxənd edib güləcəyəm.
Gözlərim də qaçacaqdır
cəsarətsiz gözlərindən.
Qulaqlarım duymayacaq
ah-fəğanı sözlərindən.
Söyləyirdin silinəcək
siman mənim xəyalımdan.
Bəs deyirdin çıxartdım mən
səni tamam həyatımdan.
Yoxdum artıq yer üzündə!
Yoxdum artıq sənin üçün!
İndi özün söylə görək,
Qayıtmısan yaddaşımda
xatirəmi qoymaq üçün?!
Hanı o sərt, o qərarlı,
Tüğyan edən nifrət hissin?
Yoxsa ölən məhəbbətin
cana gəlib aldı yerin?...
Niyə döndün?
Hey axtardın cəsarətsiz məhəbbəti?!
Səni qane etmədimi
dostlarının sədaqəti?!.
İndi yadsan mənə artıq,
Tanımıram mən səni heç!
Getmisənsə həyatımdan,
Birdəfəlik, əbədi get!..

Müəllif ƏSMƏR QASIMLİ


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
7+19=
Hesaba giriş
Müəllif

İlkin Abbas
Haqqında
Abbasquliyev İlkin Qadir oğlu ( İlkin Abbas ) 1993-cü il Dekabr ayının 8-də Naxçıvan şəhərində Ziyalı ailəsində anadan olmuşdur. Onun ədəbiyyata olan böyük marağı hələ orta məktəb illərindən başlanmış, zaman keçdikcə şeiriyyat aləminə olan sevgisi güclənmişdir. Şair 2000-ci ildə Naxçıvan şəhər Afiyəddin Cəlilov adına 12 saylı orta məktəbin birinci sinfinə daxil olmus, 4 illik ibtidai təhsilini orada aldıqdan sonra, Naxçıvan şəhər Hüseyn Cavid adına 5 saylı orta məktəbə dəyişilmişdir. Onun "ANA DİLİ" adlı ilk şeiri 2010-cu ildə yazılmış və "TƏK SƏBİR" qəzetində nəşr olunmuşdur. Bundan əlavə, gənc yazarın Şeirləri Vəhdət.org. , Shahbulaq.az, Turkbir.info, ədəbiyyat-az.com, Gundelik.info, dokkuziklim.net saytlarında dərc olunur və olunmaqdadır. Hazırda tələbədir, Subaydır. Hələ ki kitabı yoxdur.
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0216 saniye