Əbədi qalmadın
Mirzə Lazım tərəfindən "Şeir" bolməsinə 23:01 26 may 2023 tarixində əlavə olunmuşdur

Bilirəm, xoşbəxtlik olmur sonsuz,

Bir anlıq üzünü görsəm də olar

Səndən qurtulmağın yolu yox onsuz

Sən məni özümdən qurtar, nə olar

 

Bir işə yaramır huşsuzluğum da

Səni unutmağı bacardımmı ki?!

Hər səni unutmaq istəyən anda

Özümü mən səndə tapıram, sanki

 

Arabir göy üzü rəsmini gizlər,

Gördüyüm sənin üz cizgilərinmiş

Sənə bəslədiyim bu çılğın hisslər

Ölümdən, həyatdan daha dərinmiş

 

Sən mənim ruhumdan özümə bir yol

Gülüşüylə məni yaşadan qadın

Bütün təsadüfi sevinclər kimi

Ömrümdə əbədi gəlib qalmadın


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
5+21=
Hesaba giriş
Müəllif

Mirzə Lazım
Haqqında
Bir gün bütün balıqların günəşə qovuşması diləyi ilə...
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0243 saniye