Əfsanəvi ölkə - Hiperboreya
İlqar Rəhimov tərəfindən "Elmi məqalə" bolməsinə 09:39 04 iyul 2014 tarixində əlavə olunmuşdur

Hiperboreya − qədim yunan mifologiyasında və ondan sonra gələn ənənələrdə şimalda yerləşən əfsanəvi ölkə. Yunan dilindən tərcümədə “Şimal küləyinin ardında” deməkdir. Ferenik`ə görə, hiperboreylilər qədim titanların qanından yaranıblar. Hiperboreylilər həm də Alkeyin Apollana həsr etdiyi himnində də xatırlanır. Əfsanəyə görə, Hiperboreya nəhəng meteoritin Yer kürəsi ilə toqquşması nəticəsində məhv olub.

Müasir rusiyalı paranormal hadisələri araşdıranlar və müxtəlif ezoteriklər Hiperboreyanın məhz Rusiyanın şimalında Buz Dövründən əvvəlki vaxtlarda mövcud olduğunu və əfsanəvi Atlantida ilə bərabər qədim dövlərin ən texniki cəhətdən inkişaf etmiş sivilizasiyalarından biri olduğunu iddia edirlər. Onlar hətta hiperboreyalıların uça bildiklərini, yerüstü və hava nəqliyyatı texnologiyalarından xəbərdar olduqlarını deyirlər.

Maraqlıdır ki, orta əsrlərdə bəzi kartoqrafların xəritələrində Hiperboreyaya rast gəlmək olur. Bunu kartoqrafın təxəyyülü də adlandırmaq olar, amma belə xəritələrdə hərdən antarktida da çəkilirdi. Onu isə alimlər hələ 200 il sonra kəşf edəcəkdilər. Yəni kartoqraflar bu haqda bilə bilməzdilər.Bu cür faktlar Hiperboreya ətrafında indiki dövrdə yeni əfsanələrin yaranmasına səbəb olur.

Hiperboreya məşhur kartoqraf Gerhard Merkator`un xəritəsində bu cür təsvir edilib:


... dəfə oxunub
Qiymət: 9/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
3+35=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0285 saniye