Əhalisi 5 nəfərdən ibarət olan Ölkə
Sirlər Ensiklopediyası tərəfindən "Maraqlı məlumatlar" bolməsinə 22:57 12 oktyabr 2015 tarixində əlavə olunmuşdur

İngiltərə ordusunun keçmiş leytenantı Roy Beyts 1967-ci ildə Böyük Britaniyanın yaxınlığındakı neft platformalarından birini zəbt edərək, orada "Silend" (Principality of Sealand) adını verdiyi ölkəsini qurub. Britaniya hərbi dəniz qüvvələri bu 5 nəfəri adadan uzaqlaşdırmağa səy göstərsə də platformadan açılan xəbərdarlıq atəşinə məruz qalan donanmanın əsgərlərinin cəhdi uğursuzluqla nəticələnib. Bir müddər sonra həbs edilən leytenantın məhkəmə işində hakimlər hadisənin İngiltərə sərhədlərindən kənarda baş verdiyini bildirərək, Roy Beytsi sərbəst buraxıılması barədə hökm çıxarırlar.

1974-cü ildə Britaniyanın Konstitusiya məhkəməsinə müraciət edən leytenant dövlətin simvolu olan bayraq, milli marş və Siland dollarının qəbul edilməsinə nail olur. Özünü Silend şahzadəsi adlandıran keçmiş hərbçinin ölkəsi heç bir dövlət tərəfindən tanınmayıb. 

Maraqlıdır ki, 550 kvadratmetr əraziyə malik olan dövlətdə çevrilişə belə cəhd edilib. Belə ki, leytenantın platforma-dövlətdə olmadığından istifadə edən Beyts ailəsinin üç üzvü vertolyotla platformaya gələrək, leytenantın oğlunu mətbəxə həbs edirlər. Bundan xəbər tutan şahzadə Roy dərhal "ölkəsinə" gələrək, hakimiyyəti yenidən ələ keçirir. Çevrilişə cəhd edənlərin ikisi ölkədən kənarlaşdırılıb, biri isə Siland vətəndaşlığından çıxarılıb.


... dəfə oxunub
Qiymət: 10/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
10+13=
Hesaba giriş
Müəllif

Sirlər Ensiklopediyası
Haqqında
Sirlər Ensiklopediyası Facebook səhifəsinin rəsmi Yazar.in profili. Ən maraqlı xəbərlər, qeyri-adi faktlar və sirli hadisələr haqqında yazılar, foto və videolar sizin üçün çox maraqlı olacaq...
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0215 saniye