Elan
Afig Huseynov tərəfindən "Hekayə" bolməsinə 01:28 01 may 2014 tarixində əlavə olunmuşdur

-Salam,mən elana görə gəlmişəm.Siz ürəyinizi etibarlı əllərə təslim edirsiniz?

-Bəli.

-İstifadədə  olmuşdur?

-Bəli , 5 il bir adamı sevmişdi.

-M-mm ,5 il istifadədə  olmuşdur,bu çox  böyük müddətdir.Bəs nə baş verdi ki, bu qərara gəldiniz?

-Onun keçmiş sahibi ürəyimlə məqsədə uyğun şəkildə davranmırdı.O,ürəyimi sındırır ,doğrayır,onunla oynayır,onu  kəsici şeylerlə dəlik deşik edirdi.Ürəyim ağridan qovrulurdu,qanayırdi,ancaq öz vəzifəsini layiqincə yerinə yetirirdi,sevirdim onu…Sonunda bu ürəyin sahibi onu birdəfəlik sındırdı…

-Necə? Sındırdı? Bəs siz onu təmir etdirmədiniz?Bu barədə həkimlər ne dedilər?

-Dedilər ki,bərpası mümkün deyil...

-Bəs onda bu elanı niyə verirdiniz? Siz doğurdanda  fikirləşirsiniz ki,  sizin bu qırıq ürəyinizə kimsə sahib çıxacaq?

-Mən həyatda doğurdan da birinin mənim ürəyimin çilik çilik  olmuş parçalarını toplayaraq yapışdıracağına inanıram.İnanıram ki,o bu işə ürəkdən sevərək başlayacaqdır...Əminəm  ki o,mənim ürəyimə ikinci bir həyat verəcəkdir...

-Onda mən bu sınaqdan çıxmağa hazıram,əlbəttdə bu çox çətin işdir , amma inanıram ki,sonu maraqlı olacaq.Siz isə mənə zəmanət verməlisiniz ki,əgər mən onu təmir etməyi bacarsam,sizin ürəyinizi çalışdira bilsəm , o yenidən  sevməyi bacararmı? Nə qədər sevə bilər?

-Nə qədər döyünəcəksə...

-Elanda əlavə olaraq yazmişdınız ki,ürəyinizi ancaq bir şərtlə  kiməsə etibar edərdiniz...

-Hə.Mən tam əmin olmalıyam ki,siz mənim ürəyimi sındırmayacaqsınız və siz barədə söz verməlisiniz...  

-Təəssüflər olun ki mənim  gələcəyi görmə qabiliyyətim yoxdur.Ona görə də  gələcəkdə ürəyinizin bir daha incidilməyəcəyinə zəmanət verə  bilmərəm ...Amma  bu günə sizə ürəyinizin əvəzinə öz ürəyimi verə bilərəm ...

-Mən razıyam!!!

-Bu məni də qane edir..

-Onda sabah ürəklərimizi dəyişmək üçün görüşürük?!

-Bəli,məhəbbətim mənim!

-Sabaha qədər , sevgilim!


... dəfə oxunub
Qiymət: 8/10(13 səs)
[qiymət ver ]
Şərh yaz
3+8=
Hesaba giriş
Müəllif

Afig Huseynov
Haqqında
Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsini 1978 ci ildə bitirmişəm.
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0342 saniye