Elif Şafak - Aşk
Fuad Abishov tərəfindən "Digər yazılar" bolməsinə 00:05 11 fevral 2016 tarixində əlavə olunmuşdur

Elif Şafak`ın - Aşk kitabı haqqında yazım biraz. Ümid edirəm 1-2 nəfərdə olsa axıra qədər oxuyar. Elif Şafak illərdir haqqında araşdırdığım yazıçılardan olub amma heçbir kitabını oxumadığım yazıçılardan biri idi. 30.01.2016-a qədər... İlk oxuduğum kitabıda yuxarıda qeyd etdiyim kimi Aşk kitabı oldu. Adındanda göründüyü kimi Sevgi üzərində qurulmuş bir kitabdı amma digər kitablardan fərqi odur ki, oxuduğunuz digər kitabların heç birinə bənzəmir. Həmişəki kimi qısa yazacam. Bostonda sadə, monoton, adiləşmiş həyat tərzi keçirdən və hər şeydən sıxılmış 3 uşaq anası olan Ella Rubinstein`in bir nəşriyyat evində işə girməsi və orada oxuyub fikir bildirməsi üçün verilən Aziz Zahara tərəfindən yazılmış " Aşk Şeriatı " adlı kitabı oxuması ilə başlayır hərşey. Kitab içərisində kitab desəm yanlış olmaz məncə. Kitabda öz dövrlərinin ən məşhur 2 şairi olmuş Mevlana Cəlaləddin-i Rumi və Şəms-i Təbrizi arasında olan eşqdən bəhs edir. Bəlkə də fikirləşirsiniz ki 2 məşhur şair və onlar arasındakı eşq ??? Gəldik maraqlı yerinə... Kitabı oxusanız əslində eşqin çox böyük bir hiss olduğunu və onun sadəcə kişi və qadın arasında yox ən yaxın dostlar arasında belə olduğunu demək istəyib qadın yazıçımız. Sadəcə dost mənasında eşq amma bu dostluq digər dostluqlara bənzəmir. Rumi`nində dediyi kimi " Onunla mən bir bütünüydük sanki bir qab kimi. Əgər qab yerə düşüb qırılsa əvvəlki kimi olmayacağı kimi ona bir şey olsaydı məndə əvvəlki kimi olmazdım." Kitabda 50-dən çox not götürdüm hansı ki demək istədiyim amma deyə bilmədiyim sözlər idi. Bunlardan bir neçəsini yazıram istəsəniz oxuyarsınız...   1- Çünkü aşk: hayatın asıl özü, esas gayesidir... Mevlana'nın bizlere hatırlattığı üzere, gün gelir herkesi, ondan köşe bucak kaçanları bile, hatta''romantik''kelimesini bir suçlama gibi kullananları dahi kıskıvrak yakalar aşk...   2- Hakk'ın karşına çıkardığı değişimlere direnmek yerine, teslim ol. bırak hayat sana rağmen değil, seninle beraber aksın. "düzenim bozulur, hayatımın altı üstüne gelir" diye endişe etme. nereden biliyorsun hayatın altının üstünden daha iyi olmayacağını ? ( Şəms-i Təbrizi`nin 14-cü qaydası )   3- Cenneti ve cehennemi illa ki gelecekte arama. ikisi de şu an burada mevcut. ne zaman birini çıkarsanız, hesapsız ve pazarlıksız sevmeyi başarsak, cennetteyiz aslında. ne vakit birileriyle kavgaya tutuşsak: nefrete, hasede ve kine bulaşsak, tepetaklak cehenneme düşüveririz. ( Şəms-i Təbrizi`nin 25-ci qaydası )   4- Amma bilirəm ki mən bu yolu seçmədim özümə. Bu yol məni seçdi.   5- Ətrafın çalxalanıb dalğalanmasının Sufi`yə bir zərəri yoxdu. Bütün dünyanı sel bassa, ördəyin vecinə olar ?   Və son olaraq kitaba verəcəyim xal 10 üzərindən 8.5 oldu və bu da mənim üçün həddindən artıq çox yaxşı göstəricidir. Xoş oxumalar.

 

 


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
5+12=
Hesaba giriş
Müəllif

Fuad Abishov
Haqqında
Dünyayı dəyişdirə bilmərik amma fərqlilik yarada bilərik.
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0214 saniye