Elşən İsmayılın “QARABAĞDAN NAMƏ” tamaşası
Elşən İsmayıl tərəfindən "Reportaj" bolməsinə 18:32 08 dekabr 2022 tarixində əlavə olunmuşdur

 

Verilən məlumata görə, Şirvan şəhər Mədəniyyət Mərkəzinin və Şirvan şəhər İcra hakimiyyətinin birgə təşkilatçılığı ilə ərsəyə gəlmiş, ssenari müəllifi və quruluşçu rejissor Elşən İsmayılın xalq yazıcısı İlyas Əfəndiyevin “Hökmdar və qızı” pyesinin motivləri əsasında yazıb səhnələşdiriyi “QARABAĞDAN NAMƏ” tamaşasının 6 Dekabr 2022-ci ildə Şirvan şəhər Mədəniyyət Mərkəzinin səhnəsində premyerası oldu.

Rejissor Elşən İsmayıl xəbər verir ki, xalq yazıçısı İlyas Əfəndiyevin “Hökmdar və qızı” pyesinin motivləri əsasında yazılan ssenari əsasında səhnələşdirilən tamaşa Qarabağda tarixi Zəfərdən sonra illərdəki xalqdakı ruha əsasən bir başqa ovqatla baxıldı. “Bu tamaşa Azərbaycan xalqının tarixi və bu günü ilə bağlıdır. Artıq torpaqlarımız azad olundu, Qarabağımız qayıtdı, şanlı Ordumuz zəfər çaldı. Biz çox istərdik ki, Azərbaycanda formalaşan qələbə ruhu, qürur bizim mədəniyyət ocaqlarının ərsəyə gətirdiyi tamaşalarda öz əksini tapsın. Eyni zamanda hal-hazırda gündəm olan Bütöv Azərbaycançılıq və Turançılıq məfkurəsi xüsusilə tamaşalarda və bədii filmlərdə bədii çalarlarla xalqa təqdim edilməlidir. Vətənpərvərlik hər dövr üçün aktualdır və vacibdir. – deyə, rejissor vurğulayıb.

Səhnə əsəri XVIII əsrdə Qarabağ xanlığının mərkəzi olan Şuşada baş vermiş tarixi hadisələrdən və Qarabağ hökmdarı İbrahimxəlil xanın ictimai-siyasi, ailə-məişət həyatından bəhs edir. Xanlıqlara bölünmüş Azərbaycanı işğal etməyə çalışan Rusiya və Azərbaycanı bütövləşdirmək istəyən Türk soylu Qacarlarla qarşılıqlı münasibətlər zamanı xanlığın gələcək taleyi üçün mühüm qərarlar verir. O qərarlardan ən təsiredici olanı doğma qızı Ağabəyim ağanı Qacar şahı Fətəli Şaha nikah diplomatiyası nəticəsində ərə verməsi olur. Qaradağ xanlığının cəsur sərkərdəsi Saday bəyə qəlbən aşiq olan Ağabəyim ağa isə öz növbəsində vətəni üçün fədakarlıq edərək öz sevgisindən vaz keçmək məcburiyyətində qalır.  İbrahimxəlil xan şəxsi düşüncələri, hakimiyyət qayğısı, ruslara inam və ermənilərin məkrli planlarının qurbanı olur.

Tamaşada rolları AZƏR HƏSƏNOV, FİRUZƏ xanım ABBASOVA, RASİM VƏLİYEV, RÖVŞƏN BABAYEV, VƏKİL HƏSƏNOV, ESMİRA xanım BƏŞİRLİ, ZAUR KƏRİMLİ,  DİLARƏ İSMAYILLI, VÜQAR HÜSEYNLİ, ƏDALƏT ƏKBƏROV, MUSA CƏFƏZADƏ ifa edib.

Tamaşanın quruluşçu rəssamı ELŞƏN İSMAYIL, dekor rəssamı AZƏR HƏSƏNOV, geyim üzrə rəssam RÖVŞƏN BABAYEV, qrim rəssamı ŞƏFİQƏ xanım MUSTAFAYEVA, səs rejissoru MURAD RƏSULOV, operator XALİQ MİRZƏLİ, VARTAN rolunun ifaçısı, tamaşanın ssenari müəllifi və quruluşçu rejissoru ELŞƏN İSMAYIL, layihə rəhbəri isə NƏMİDƏ xanım NƏMİNİ-dir.

 

QAM COMPANY mətbuat xidməti


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
8+23=
Hesaba giriş
Müəllif

Elşən İsmayıl
Haqqında
GƏNC ƏDİB VƏ KİNO İNSANI
Əlaqə
Tel.:
055 626 96 64
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0318 saniye