Əlvida
Fariz Süleymanoğlu tərəfindən "Şeir" bolməsinə 21:54 06 iyul 2015 tarixində əlavə olunmuşdur

Ayrılıram indi doğma elimdən,

Torpağa əlvida, daşa əlvida!
Bir yanğı qəhərlə süzür dilimdən,
Budağa əlvida, quşa əlvida!

Əlvida arxada qalan günlərim,
Coşub dağa lərzə salan günlərim,
Dağlarda açılıb, solan günlərim,
O dağa əlvida, coşa əlvida!

Əlvida bağrımı sökən gözlərə,
Qəlbimdə məhəbbət əkən gözlərə,
Arxamca göz yaşı tökən gözlərə,
Yanağa əlvida, yaşa əlvida!


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
7+14=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0318 saniye