Əlvida
Mirzə Lazım tərəfindən "Şeir" bolməsinə 14:08 27 avqust 2023 tarixində əlavə olunmuşdur

Həsrətinə arxa dönüb əl elədim kölgəmə,
Görmədikcə dil sükuta vərdiş olur, göz qəmə
Könül deyir, boşla daha, gəlməyəcək, gözləmə
Həqiqətə istəmədən aldanıram...
Əlvida...

Mən ki ayrı dünyaların insanıyam əzəldən
Əyri gözün məramına qopmayacam düz əldən
Bu dünyanın gedişini hikmətiylə düzəldən
Yaradanın dərgahına yollanıram...
Əlvida....

Göy suları bənd elədim ordan-ora üzhaüz
Hər birinin sahilində dayanarıq üzbəüz
Vədə dolub, vaxtı yetib bitsə belə ömrümüz,
Mən yenidən sətirlərdə canlanıram...
Əlvida...


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
3+19=
Hesaba giriş
Müəllif

Mirzə Lazım
Haqqında
Bir gün bütün balıqların günəşə qovuşması diləyi ilə...
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0434 saniye