EmIneM
Mehriban tərəfindən "Məşhurlar" bolməsinə 00:53 10 iyun 2014 tarixində əlavə olunmuşdur

Eminem 1973 cü il oktyabrın 17si Missuri ştatının Kanzas şəhrində anadan olmuşdur.Əsil adı Marshall Bruce Mathers olan Eminem kasıb bir ailədə dünyaya gəlmişdi.Atası Eminemi 18 aylıq olanda tərk etmişdi.O 12 yaşına kimi həyatını müxtəlif ştatlarda keçirmişdi.Sonra isə o anası ilə birgə Detroit-ə yerləşirlər.Onun rapə olan həvəsinin yaranmasında həyatda ən cox sevdiyi insan olan dayısının böyük rolu olmuşdur.Hələ 14 yaşında olanda məktəblərdə təşkil olunan freestyle-larda fəal istirak etməyə başlamışdı.Aqressiv xarakteri,dərslərə olan laqeyidsizliyi 9cu sinifdə məktəbdən qovulmasına gətirib çıxarmışdı.Bundan sonra o həyatını rapə həsr eləyir ve “Basement Productions” ,”The New Jacks”,”D12” kimi qruplarda oxumağa baslayır.
1996ci ildə o qədərdə tanınmıyan musiqi şirkəti ilə ilk albomu olan “İnfinite”ni işıq üzünə çıxarmışdır.Albom uğurlu alınmasada özünün rap deməy tərzi və ağ dərili olması ilə insanların böük marağına səbəb olur.1997ci ildə Rap Olimpics yarışmasına qatılır və ikinci yerə sahib olur. Yarşmadan sonra onun həyatında çox böyük dəyişikliklər baş verir.Bu yarışmanı izləyən Dr Dre Eminemi cox bəyənir və onu özünün yeni qurduğu musiqi şirkəti “Aftermath Records”''''a dəvət eliyir.Eminem də böyük fürsəti qaçırmır və təklifi qebul edir.
Eminem Kim Mathers ilə ailə həyatı qurmuş,Hailie adında bir qızı dünyaya gəlmişdir.Bir müddət sonra Kimle yola getməz və boşanmağa qərar verərlər.Sonralar yenə bir yerdə yaşamaq qərarına gələrlər və təkrar evlənərlər.Ama bu dəfə də bir-birlərilə yola getməzlər və ayrılmaq qərarına gəlirlər.Eminem öz raplərində Kimlə yaşadığı prablemlərindən,anasına olan hirsindən və qızına olan sevgisindən çox bəhs etmişdir.

D12- Eminem ve Detroitdən 5 dostunun qurduğu bir qrupdur.”Shady Records” dan olan ilk albomları "Devil''''s Night" 2001 ci ildə çıxmışdır.Amma Eminemin solo albomları qədər uğur qazanmır.Eminemin artıq bir ulduz olduğu 2004 cü ildə “D12 World” adlı albomu ilə D12 uğur qazanır.Qrup üzvləri Bizarre Swift Konartis Kuniva;artıq öz solo kariyelarnı qrublar.Qrup üzvü həmdə Eminemin ən yaxın dostu olan Proof bir gecə klubundan çıxarkən silahlı hücuma məruz qalmış və qətlə yetirilmişdir.
Eminem musiqi produserliyi ilə yanaşı özünü kinoda da sınamışdır.Filimdə Eminem Kim Basinger,Mekhi Phifer,Britanny Murphy kimi aktrisalarla birgə çəkilmişdir.Filmin saoundtracki Shady Records dan çıxan Lose Yourself tracki “Ən yaxşı film musiqisi” kateqoriyasında “Oscar” mükafatına layiq görülmüşdür.
Eminemin ən sonuncu albomu 2009 cu il may ayının 18 də çıxan "Relapse" albomu olmuşdur.Albomun hazırlanmasında Dr Drenin də böyük köməyi olmuşdur.Albomun ilk single-ı olan "We Made You" uğur qazanmış və ona klip çəkilmişdir.Bu single-ın uğurundan sonra ikinci single olan "3 A.M." –a Detroitdə klip çəkilmişdir.Dr Dre,50 cent və Eminem üçlüyünün bir yerdə oxuduğu "Crack A Bottle" rapi də albomun uğur qazanan raplərindəndir.


... dəfə oxunub
Qiymət: 5/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
2+38=
Hesaba giriş
Müəllif

Mehriban
Haqqında
Özüm özümlə danışdığım qədər başqa biriylə danışmıram. Səbəb dəlilik deyil sadəcə bilirəmki insanı en yaxşı özü dinliyə bilər ...
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.03 saniye