Əmr et, cənab baş komandan...
Mövlud Ağamməd tərəfindən "Şeir" bolməsinə 18:32 18 noyabr 2016 tarixində əlavə olunmuşdur

Qisas vaxtı yaxınlaşıb,
Əmr et,cənab baş komandan.
Səfərbərlik istəyirik,
Əmr et,ənab baş komandan.
****
Quduzlaşıb mənfur yağı,
Sinələrə çəkib dağı,
Azad edək Qarabağı,
Əmr et,cənab baş komandan.
****
Biz dözmərik rəzalətə,
Alçaldılan şərafətə.
Qisas qalmaz qiyamətə,
Əmr et,cənab baş komandan.
***
Şəhid ruhu narahatdı,
Ah-naləmiz ərşə çatdı.
Vaxt yetişib,hesabatdı,
Əmr et,cənab baş komandan.
***
Ayrılığa dözər olduq,
Yurddan ayrı gəzər olduq.
Səbir etdik,..bezər olduq,
Əmr et,cənab komandanım.
***
Mövlud,ürək hey tələsir,
Yurdda qara yellər əsir.
Torpaq işğal altda--əsir,
Əmr et,cənab baş komandan.

5.08.2014.Zərdabi.Mövlud Ağamməd.


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
1+28=
Hesaba giriş
Müəllif

Mövlud Ağamməd
Haqqında
Ali təhsillidir.BDU-nun filologiya fakültəsini bitirmişdir.İxtisası üzrə müəllim işləyir.
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0217 saniye