Ən ideal yalançı
Mehriban tərəfindən "Hekayə" bolməsinə 01:42 22 fevral 2015 tarixində əlavə olunmuşdur

Bu insan dünyanın ən ideal yalançısıdır!" deyə açıqladı aparıcı. Bəyaqdan etinasızca baxdığım televizora indi bütün diqqətimi yönəltmişdim. Necə yəni dünyanın ən mükəmməl yalançısı? Bu ki gülməlidi.
-Bəli əziz tamaşaçılar cənab Albert Horsen. Bu insanın yalan danışdığını indiyə qədər heçkim bilmirdi. Və indi o bizə indiyə kimi dediyi bütün yalanları danışacaq. Cənab Horsen deyin görüm yalan danışmağa neçə yaşından başlamısınız?
-4
-bu yalandı?
-Xeyr cənab. Mən axı mükəmməl yalançıyam. Belə xırda şeylərdə yalan danışmıram.
-O. Bəs ilk vaxtlar bu necə baş verirdi?
-Mən əslində çox mehriban və qayğıkeş insanam. İnsanlara istədikləri şeyləri deyirdim. Və bu xoşlarına gəlirdi. Və məndə onları məmnun eləməkdən zövq alırdım. Sonra düşündüm,niyə axı bu istedadımdan öz xeyrim üçün istifadə etmiyim?
-Əziz tamaşaçılar siz özünüzdə bilirsiz ki  cənab Horsen bu yaxınlarda həbsdən çıxıb. Cənab Horsen bu haqda bizə məlumat verərsizmi?
-Əlbətdə. O mənim arvadım idi. Mən ona uzun müddətdir xəyanət eliyirdim. O isə o qədər axmaq idiki bunu heç hiss eləmirdi. Birgün mənə "sənin qadının olduğuma görə xoşbəxtəm,sən idealsan" dedi mənsə özümü saxlaya bilmədim, mətbəx bıçağını götürüb onun qarnına sancdım. Bu qadın o qədər maymağ idiki, bu mənim əsəblərimə toxunurdu.
-Burda qeyd olunub ki siz cinayəti 1ay sonra özünüz boynunuza alıbsınız. Və hətta polislər sizi şüphəli saymadıqları halda.
-Bəli mən özüm. Bu polislər o qədər maymağ idilərki heç məndən şüphələnmirdilər. Buda mənim əsəbimə toxundu.
-Bundan əlavə siz daha 3 cinayətdə işləyibsiniz?
-bəli bəli...
Mən artıq yerimdə dura bilmirdim. Divanda donmuş halda ekrana baxırdım. "Buki psixdir" aman allah belə insanlarda varıymış. Mən cəld divandan qalxıb qapıya yönəldim. Program bitməmiş bu adamı görməliydim. Sadəcə maraqdan da olsa görməliydim...
20 dəq. Sonra artıq kanalın qapısının ağzında dayanmışdım. Həyəcan və maraq məni bürümüşdü. Bu adamla danışmalı və bu materialdan yeni hekayəmdə istifadə eləməliydim. Bu yazıçı kariyeramı tamam dəyişə bilərdi. İti addımlarla içəri girdim. Koridorda sağa sola boylandım. Heçkim yox idi deyəsən veriliş də bitmişdi. Kalidorun sonunda biri dayanmışdı. A! Bu ki həmin adamdı! Az qala qaçaraq yanına getdim. Özümdə bilmədən
-Salam siz dünyanın ən yalançı adamısız?
Dedim. Axı mən niyə bu qədər yöndəmsizəm. O dalğın halda mənə tərəf çönüb:
-Yox o mən deyiləm. Gedək sizə gösdərim.
Mən tamanilə çaşmışdım. Necə yəni mən deyiləm?? Koridorun sonuna gəlib çatdıq. Qapının ağzında dayandıq. O mənə:
- Bax dünyanın ən yalançı adamı burdadı
Dedi. Qapıya baxdım. Üstündə yazılan ad tanış gəldi.
-Bu ki verilişin aparıcısıdı?!
- bəli . Bax o adam dünyanın ən yalançı və saxtakar adamıdı. Mənsə sadəcə buranın xidmətçisiyəm. İndiysə imkan verin. görüləsi işlərim çoxdu...


... dəfə oxunub
Qiymət: 8/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
1+26=
Hesaba giriş
Müəllif

Mehriban
Haqqında
Özüm özümlə danışdığım qədər başqa biriylə danışmıram. Səbəb dəlilik deyil sadəcə bilirəmki insanı en yaxşı özü dinliyə bilər ...
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0217 saniye