Endirim
Nigar Şahsuvarova tərəfindən "Hekayə" bolməsinə 13:57 06 yanvar 2016 tarixində əlavə olunmuşdur

Hər küçədə, hər tində satış yerləri var. İllərlə vitrinlərdə alıcı gözləyirlər. İşləri-gücləri olmayan, veyil-veyil gəzən çoxluq isə şoppinqlə məşğul deyil. Ticarət mərkəzləri bağlanırsa, deməli vəziyyət gərgindir. Müştərini dilə tutub baha mal satmaq qədər asan iş yoxdur. Kimsə fərqli iş görmək istəmir.

Endirimlər dövrüdür. İlkin hədd-20-30%, orta hədd-50%, son hədd-70%. Marketinq siyasətinin 80-90%-lik endirimindən danışmağa dəyməz. Mövsüm açılar-açılmaz ticarət “ölür.” Xüsusi endirim kompaniyasının yoxluğundan istehlakçı ciblər boşalır.

Mağazada həmişəki kimi alış-veriş vardı. Qiymət fərqi hiss olunmurdu. Yəni, nə xüsusi endirim vardı, nə də nəzərəçarpan qiymət artımı. Amma yenə də zəngin olmayan əhali buranı boş qoymurdu.

Brend mallar onsuz da həmişə bahadır. Alıcı olmayan dükanda 3-4 işçi gözə dəyirdi. Bununla belə menecer satışdan şikayət etmirdi.

“Qanun”lardan çəkinməyən sahibkarların çoxu bizneslə yox, sehrbazlıqla məşğuldurlar. Bunu dövlət qurumlarının gözündən yayınıb edirlər, yoxsa gözünün qabağında edirlər, orası müəmmadır.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
4+19=
Hesaba giriş
Müəllif

Nigar Şahsuvarova
Haqqında
Yazar, kitabsevər, kinoman.
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.0354 saniye