Enerji diplomatiyası
Nizam Memmedov tərəfindən "Digər yazılar" bolməsinə 21:12 04 yanvar 2015 tarixində əlavə olunmuşdur

Yeni Zellandiyada, Vellinqtondan 30 km məsafədə yerləşən kiçik bir kənddə açmışdım gözlərimi bu səhər. Ölkəmdə gördüyüm heç bir kəndə bənzəmirdi bura. Xoruz hündür hasarın üstündə yox öz hinində banlayırdı. Heç hasar da yox idi buralarda. Toyuqlar da ətrafında gəzişirdi. İlk işim onları yemləmək oldu. Sonra bir vedrə götürüb inəkləri sağmağa getdim. Necə də sakit idi bu kənd. Əslində, sakit olmağı da normal idi. Cəmi 9 ailə yaşayırdı kənddə, əgər məni də ailə saymaq olardısa. 3 inək , 6 qoyun , 1 xoruz , 8 toyuq ve 1 itlə yaşayırdım. Bu arada, 3 inəkdən ancaq yarım vedrə süd sağa bilmişdim, onu da balaca qazana boşaldıb elektrik sobasında bişməyə qoydum. Sonra gəlib qoyunları çəmənliyə buraxdım. Elektriki hardan almışdım bəs? Deyəsən, evimin damında günəş enerjisini elektrik enerjisinə çevirən adını bilmədiyim alət var idi axı. Yeni Zellandiya onsuz da, hemişe günəşli olur. Hetta günəşi ilk görən ölkədir. Bəs onda niyə Yeni Zellandiyanın yox Yaponiyanın bayrağında günəş var? Yaponiyanın bura nə dəxli var idi? Yaponiyanın enerji diplomatiyası ? Hələ zəngə 25 dəqiqə var.


... dəfə oxunub
Qiymət: 9/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
7+30=
Hesaba giriş
Müəllif

Nizam Memmedov
Haqqında

Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.072 saniye