Ərinirəm ölməyə... (ŞEİR)
NİKOLAY tərəfindən "Şeir" bolməsinə 23:43 31 oktyabr 2014 tarixində əlavə olunmuşdur

Hər gün

biraz

sənsizliyimi

daxilimdə bəsləyirəm

indinin özündə də...

 

***

üstəgəl,

canıma əziyyət verən

cansız daşı

bugünədək

yaşım qədər,

özüm boyda,

bədənimdə böyütmüşəm

əlbəttə,

sevdiyim o qadından

heç nə gözləmədən,

heç nə ummadan,

eynən

hamilə qadınlar təki...

 

***

çoxdandır,

daşlaşmış hislərimi

böyrəklərimə atmışam,

hamıdan gizli,

öz ruhum da incimədən,

öz xoşumla

içimdə saxlamışam,

qorumuşam,

hər iki böyrəyimdə böyüyən daşı,

səndən

ərmağan sanmışam...

 

***

hər dəfə;

böyrəklərimin ağrısından

qızaran gözlərimi,

göyərən dodaqlarımı,

məni dözülməz hala salan  sancını,

əllərimlə sıxıram...

təki

ağrımasın deyə...

elə

xristian kilsəsində

kafir libasında

günahlarımla boğuşuram,

inildəyə-inildəyə...

inan,

sənsizliyin ucbatından

yaşamaqdan bezmişəm

ərinirəm ölməyə

 

 

Son

 

2014/oktyabr

 


... dəfə oxunub
Qiymət: 10/10(4 səs)
[qiymət ver ]
Şərh yaz
3+10=
Hesaba giriş
Müəllif

NİKOLAY
Haqqında
21 dekabr 1989-cu ildə Gəncə şəhərində anadan olmuşam.
Əlaqə
Tel.:
0557603821
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.0276 saniye