Əsas məsələ yarışa başlamaq yox, yarışı başa vurmaqdır
Yusif Sadıqlı tərəfindən "Hekayə" bolməsinə 16:37 24 noyabr 2014 tarixində əlavə olunmuşdur

Bir gənc bir müdrikə yaxınlaşıb deyir:
— Mənim 23 yaşım var problemim isə həvəssizliyimdir. Bir işə başlayanda həvəslə başlayıram, amma bu işi qurtarmamış həvəsdən düşürəm. Sizcə nə edə bilərəm?

Müdrik deyir:
— Sənə sadə bir nümunə gətirəcəm. Meksika olimpiyadalarının adi bir günü idi, yarışma başa çatmışdı, hamı stadionu tərk edirdi. Birdən qaraltı gördülər. Yolda yaralanmış idmançı finiş xəttini axtarırdı. Çətinliklə addımlayırdı. Finiş xəttinə çatdı, beləliklə Con Stiven Akvari 1968 – ci il Olimpiyadalarında adını tarixə yazdı. Tarixə düşməsinə səbəb finişi axırda keçməsi yox, finişi keçdikdən sonar dediyi sözlər idi.

— Ona sual verdilər ki, onsuz da qalib gələ bilməyəcəkdiniz niyə davam etdiniz?
— “Ölkəm məni yarışa başlamaq üçün göndərmədi, yarışı başa vurmaq üçün göndərdi”
Həyat özü də bir marafondur. Və əsas məsələ yarışa başlamq yox, yarışı başa vurmaqdır. Hətda yolun yarısında qəzaya düşsəniz belə…


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
9+9=
Hesaba giriş
Müəllif

Yusif Sadıqlı
Haqqında
Hekayə oxumaqdan zövq alıram. Bloquma da bir hekayə bloqu kimi baxa bilərsiniz. Vaxtaşırı sizi oxuduğum maraqlı hekayələrlə tanış edəcəm.
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0407 saniye