əsgər məktubu
Cavid Hüseyn Ulusoy tərəfindən "Şeir" bolməsinə 19:02 06 iyun 2014 tarixində əlavə olunmuşdur

Yəqin, gəlib çatar məktub

Poçt qutusun hərdən yoxla.

Bura soyuq deyil ana,

Ürəyini rahat saxla!

 

Necə olsa fərq eləmir,

Vətən eşqi dərin olur.

Qışda hər yer isti olur,

Yayda hər yer sərin olur.

 

Mən qayıtmasam ağlama,

Vətən qayıtmasa ağla!

Şəhidliyim yatmışları,

Yenə ayıltmasa ağla!

 

Düzdür, darıxıram bir az,

Gözüm dolur qəmdən mənim.

Ancaq, hələ mərmilər var,

Keçməkçün sinəmdən mənim.

 

Bilirəm ki, asan deyil

Gah qalxıram, gah düşürəm.

Düşmənlə çarpışan zaman,

Ölümlə də döyüşürəm.

 

Şəhid olmaq istəyim var

Bəlkə, bəxtim güldü mənə?

Ölsəm bil ki, düşmənim yox,

Ölüm qalib gəldi mənə.


... dəfə oxunub
Qiymət: 8/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
7+27=
Hesaba giriş
Müəllif

Cavid Hüseyn Ulusoy
Əlaqə
Tel.:
0516338535
E-mail:
[email protected]
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0304 saniye