Dilin deyil də, gözlərin danışması
Yaşanmışlığın ən səssiz çığlığı
Mötəbər arzuların səcdə etdiyi o nəsnə..
Duyğuların pərçimlənmiş azadlığı
Bütün simgələri ifadə edən tək təbəssüm
Xəyal mənbəyi, ümid başlanğıcı...
Bəyaz bir kağıza yazılmış üç hərfli tək heca
Və istinad edilən bütün sətirlər
Sonsuzluğa çıxan o təlatümlü şeirlər...
Qor bir atəşin sönməyən qığılcımları
Düşdüyü yeri yandıran əsrarəngiz alov
Və üzərinə çökmüş, tənindən qazınmayan o tüstü...
Çıxdığın yolda "O"na varmaq
İtaətin məğzi - diz çökdüyün anın düyünlərini açmaq
Sonunda qayıdış, "O"na dönüş
Adı EŞQ olan "O"ndan yenidən ayrılış...
Aysel Abdullazadə...