Əvvəllər,sonralar yoxsa təsəlli..
Peykər İbrahimova tərəfindən "Digər yazılar" bolməsinə 03:16 03 sentyabr 2012 tarixində əlavə olunmuşdur

Əvvəllər insanlar daha xoşbəxt idi?

Əvvəllər də sözlər vardı.

Əvvəllər də yalanlar,doğrular vardı.

Əvvəllər insanlar daha möhkəm sevirdilər?

Əvvəllər də qadınlar,kişilər vardı.

Əvvəllər də “səni sevirəm” vardı

Əvvəllər də gözlər vardı

Əvvəllər insanlar daha savadlı idi?

Əvvəllər də  beyinlər,kitablar,kağızlar,qələmlər vardı

Əvvəllər insanlar daha cəsarətli idilər?

Əvvəllər də müharibələr,mücahidlər vardı

Əvvəllər insanlar daha tox idi?

Əvvəllər də işsizlər,kasıblıq vardı

Əvvəlllər də bir qarın aclıq,bir qarın toxluq vardı

Əvvəllər Günəş daha parlaq idi?

Əvvəllər buludlar daha ağ idi?

Əvvəllər yağışlar daha romantik idi?

Əvvəllər daha daha idi?

Əvvəllər-əvvəllər nə idi?

Əvvəllər də,sonralar da hər şey vardı

Üsullar,vasitələrdir dəyişən ancaq

Əvvəllər də,sonralar da insanların təsəllidən yaratdığı oyuncaq...


... dəfə oxunub
Qiymət: 7/10(4 səs)
[qiymət ver ]
Şərh yaz
5+29=
Hesaba giriş
Müəllif

Peykər İbrahimova
Haqqında
Bakı Dövlət Universiteti Şərqşünaslıq fakultəsində təhsil almışam. Yazıram,çünki,yazmaq-bütün dünyanı,problemləri arxada qoymaqdır.Yazıram çünki,hərf,söz və cümlələrdən ibarət bir dünya daha maraqlı görünür.
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.0251 saniye