Eyvah
Mirzə Lazım tərəfindən "Şeir" bolməsinə 22:28 26 may 2023 tarixində əlavə olunmuşdur

Ya Rəbb, bu xalq binəvaykən

Bunca dərdə mübtəlaykən

Vəhdət dərdə tək dəvaykən

Birləşməsə, eyvah, eyvah

 

Ozanıyla, bəstəsiylə,

Əsəniylə, xəstəsiylə

Qurdlar çaqqal dəstəsiylə

Dirəşməsə, eyvah, eyvah

 

Gəl xəbəri güneydən al,

Dildə möhür, əldə qandal

Səni sevən bunca ərdal

Hürləşməsə, eyvah, eyvah

 

Təbriz qala - açarı biz

Nədən qalaq biçarə biz?!

Səflərimiz son çarəmiz

Gürləşməsə, eyvah, eyvah


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
5+22=
Hesaba giriş
Müəllif

Mirzə Lazım
Haqqında
Bir gün bütün balıqların günəşə qovuşması diləyi ilə...
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0259 saniye