ƏZAB DA VERƏNDƏ ELƏ VER, DÖZÜM..
Karim Huseynzade tərəfindən "Şeir" bolməsinə 14:21 15 aprel 2014 tarixində əlavə olunmuşdur

Gözlərim gözünə dikilən kimi
Qəlbim həyəcandan alışır o dəm.
Gözümün önündən çəkilən kimi
Sənsiz özümə yer tapa bilmirəm.

Səni axtarıram, gəzirəm hər an,
Sən mənim ömrümdə açan çiçəksən.
Bilirəm, bilirəm, öldüyüm zaman
Məni nəfəsinlə dirildəcəksən.

Sənə özüm qədər inanıram mən,
Ancaq şübhələr də hey boğur məni.
Istəsən bir silah alım, mən hərdən
Səni incidəndə götür, vur məni.

Öldür, qanımı iç, bilim sevirsən,
Nə hə de, nə yox de, elə bax mənə.
Əzab da verəndə elə ver, dözüm...
Qıyma, sən Allahın, çəkmə dağ mənə.

Ölərəm, bir gecə görməsəm səni,
Gör mənim yanımda olsan nə olar?
Birləşsək sevgimiz qalar əbədi,
Bütün sevənlərə nümunə olar..


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
4+8=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0292 saniye