FƏSİLLƏR KİMİ
İlkin Abbas tərəfindən "Şeir" bolməsinə 22 dekabr 2014 tarixində əlavə olunmuşdur

Bir zaman keçməzdi su da aradan,
Axı niyə olduq "yad ellər" kimi?
Mən də sənin üçün oldum sıradan,
Nə yaman dəyişdin fəsillər kimi.

Əvvəlcə bənzətdim "bahara" səni,
Aldım xoş ətrini güldən-çiçəkdən,
Yanağın bəmbəyaz, özün bəmbəyaz,
Səni ayırmırdım vallah, mələkdən...

Sonra da çevrilib isti "yay" oldun,
Qızındım bu eşqin hərarətində.
Üzümə təbəssüm bəxş edəndə sən,
Dedim: "Necə çıxım xəcalətindən...?"

Döndün saralaraq qızıl "payıza"
Gördüm ki bu eşqim gedəcək hədər.
Ürəyi vermədim mən heç bir qıza,
Sənə verdiyimin yarısı qədər...

Nəhayət, dönərək boranlı "qışa"
Ömrümə çovğunu sən qonaq etdin.
Yaxşı rol oynadın, görüm min yaşa!
Bütün həyatımı dondurub getdin...!

Müəllif Hüquqları qorunur...
Müəllif İlkin Abbas


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
10+10=
Hesaba giriş
Müəllif

İlkin Abbas
Haqqında
Abbasquliyev İlkin Qadir oğlu ( İlkin Abbas ) 1993-cü il Dekabr ayının 8-də Naxçıvan şəhərində Ziyalı ailəsində anadan olmuşdur. Onun ədəbiyyata olan böyük marağı hələ orta məktəb illərindən başlanmış, zaman keçdikcə şeiriyyat aləminə olan sevgisi güclənmişdir. Şair 2000-ci ildə Naxçıvan şəhər Afiyəddin Cəlilov adına 12 saylı orta məktəbin birinci sinfinə daxil olmus, 4 illik ibtidai təhsilini orada aldıqdan sonra, Naxçıvan şəhər Hüseyn Cavid adına 5 saylı orta məktəbə dəyişilmişdir. Onun "ANA DİLİ" adlı ilk şeiri 2010-cu ildə yazılmış və "TƏK SƏBİR" qəzetində nəşr olunmuşdur. Bundan əlavə, gənc yazarın Şeirləri Vəhdət.org. , Shahbulaq.az, Turkbir.info, ədəbiyyat-az.com, Gundelik.info, dokkuziklim.net saytlarında dərc olunur və olunmaqdadır. Hazırda tələbədir, Subaydır. Hələ ki kitabı yoxdur.
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0256 saniye