GECƏ UZUN, GECƏ SƏSSIZ
Nurlana Fuad tərəfindən "Şeir" bolməsinə 13:34 07 aprel 2015 tarixində əlavə olunmuşdur

Gecə uzun, gecə səssiz

Məkanımız sonsuz dəniz

Arzuların qanadında

Səmaları yara-yara

Hey uçuram

Uzaqlara, yaxınlara

Mən dalıram xəyallara

Həyatımda olub – keçən

Yaxşılara, yamanlara

Sözüm yoxdur

Arzum çoxdur

Nə yaxşıki səndə varsan

Mənim üçün doğulmusan

Bəlkə gizli, bəlkə aşkar

Sənin üçün məndə varam.

Bilirəm ki, qovuşmarıq

Bu dünyada

Amma

Yenə ümidim var,

Birdə gizlı bu sevgim var

Bilirsənmi?

Xəyalımda yol gedirik,

Əl-ələ biz

Gecə uzun, gecə səssiz.


... dəfə oxunub
Qiymət: 9/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
6+27=
Hesaba giriş
Müəllif

Nurlana Fuad
Haqqında
Oxumagi ve yazmagi cox sevirem! Minnetdaram yazar.in
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0225 saniye