Gecə(dəki) SƏN
Rizvan Fikrətoğlu tərəfindən "İnşa" bolməsinə 02:03 23 dekabr 2016 tarixində əlavə olunmuşdur

 

Gecədən xeyli keçib. Susub şəhər – dərin yuxuya getdiyi üçün. Bəlkə də tək sən oyaqsan bu ucsuz-bucaqsız şəhərdə.

            Oyaq olmağına baxmayaraq, çox yorğunsan. Nədənsə bu gecə yuxu səndən yaman uzaqdır, səni ağuşuna almaq istəmir.

            Qaranlıq otaqda isti yatağına uzanmısan. Heç kim yoxdur – bir sənsən. Fikirlərini azdırıb yatmaq istəsən də yuxu tutmur ki, tutmur. Hətta istəyirsən ki, yuxu dərmanı olaydı içəydin. Çünki yatmaq istəyirsən, istəmirsən ki yenə düşünəsən və yenə də qaranlıq otaqda xəyallarınla baş-başa qalasan. İstəmirsən...

            Səhərin açılmasına, günəşin doğulmasına bir neçə saat qalıb. Sən hələ də yatmamısan bu şəhərdə.

            Alnında yaranan soyuq tər artmağa başlayır. Bu soyuqluğu bədənində də hiss edirsən. Üzündə yaranan təbəssümdən xoşlanırsan, qaçır dodaqların bir-birinin üzərindən, gülümsəyirsən.

            Qəfil həmin gün yaşadığın hadisələrin bəziləri gözünün önünə gəlir. Hətta elə vəziyyətləri xatırlayırsan ki gülməkdən özünü saxlaya bilmirsən. Ancaq bunun əksi də olur. Pis olaylar səni haldan-hala salır, kefini pozur. Təəssüf hissi keçirirsən. Heç imkan vermir yatasan. Bəzən yadına düşən pis hadisə bütün sevincini boğur, həyəcan və əsəbini artırır.

            Bəzən də təklikdən bezirsən. Qışqırmaq istəyirsən qaranlıq otağında. Bezirsən yaşadığın həyatdan. Yorulursan. Çətin gəlir bu həyat sənə. Qaçmaq istəyirsən – insanların olmadığı yerə. Yaşadığın şəbəkədən ayrılıb bambaşqa şəbəkəyə getmək istəyirsən. Birdəfəlik bu şəhərdən özünü qurtarmaq istəyirsən.

            Ara-sıra saatın əqrəblərinin səsi başına dolur. Hər gün gurultulu səslər eşidən və bu səslərə öyrəşən sən, saatın əqrəblərinin səsindən yorulursan. Saniyəni göstərən əqrəbi heç sevmirsən. Çünki o daha sürətli irəliləyir, zamanı tez qovur və çox səs salır.

            ...Qəfil yuxudan ayılırsan ... və əqrəblərini sevmədiyin saata baxdıqdan sonra getməli olduğun məkana dəqiqələr qaldığını görürsən. Gecə nə vaxt və hansı vəziyyətdə yuxuya getdiyini xatırlamırsan. Belə halda daha bir az, hətta bir neçə dəqiqə də yatmaq istəyirsən.Çox yox, bir neçə dəqiqə.

            


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
7+22=
Hesaba giriş
Müəllif

Rizvan Fikrətoğlu
Haqqında
Abişov Rizvan Fikrət oğlu 15.09.1996-cı ildə Yardımlı rayonunun Ərsilə kəndində dünyaya göz açmışdır. 2014-cü ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə qəbul olmuşdur. Hazırda BDU-nun II kurs tələbəsidir. Bir çox şeirlər, məqalələr, hekayələr və s. müəllifidir.
Əlaqə
Tel.:
0513461438 və 0708823655
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.0258 saniye