GEDƏK AXTARAQ MƏNI..
Karim Huseynzade tərəfindən "Şeir" bolməsinə 14:22 15 aprel 2014 tarixində əlavə olunmuşdur

Birazca səbrin olsun,
Tez-tez kəsmə sözümü.
Xəbərin var xəbərdən?
İtirmişəm özümü.
İzgəzənlər gətirib
Qapınacan izimi.
Aç sinənin qapısın
Sonra qapa gözünü.
Gedək, axtaraq məni...

Dönmərəm dediyimdən,
And yerim canım olsun.
Gəl bir oyun oynayaq,
Sözümüz qanun olsun.
Nə bəhanə axtaraq,
Nə onun-bunun olsun,
Bax, sözümüz sözdü haa...
Kim tapsa onun olsun.
Gedək, axtaraq məni...


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
7+28=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0224 saniye