Gedənlərə
Amin Mehdi tərəfindən "Şeir" bolməsinə 08:17 30 iyun 2015 tarixində əlavə olunmuşdur

Oturduğumuz parkları,
Gəzdiyimiz küçələri,
Geyindiyin paltarları
Və tutunduğum əlləri
Başqa şəhərlərdə də xatırlayıram.
Nə sən getdin,nə mən qaldım bu xarabada.
İki-üç şeir yazıb arada
Unutmağa çalışıram hələ də.
Kaş gedəndə
Bu parkları
Şəkilləri,qadınları
Yəni qısaca səni xatırladanları
Və sən olan hər şeyi də
Özünlə aparaydın.
Onda sən rahat gedəydin
Mən də bu xarabada rahat qalaydım…


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
5+7=
Hesaba giriş
Müəllif

Amin Mehdi
Haqqında
Qafqaz Universiteti (tərcümə)
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
Twitter
Ordenlər
Nazim Hikmət Ordeni
YouTube-da izlə
Facebook
0.0225 saniye