...Gedirəm...
AğaPaşa tərəfindən "Şeir" bolməsinə 12:09 31 mart 2018 tarixində əlavə olunmuşdur

...Gedirem....
Bəlkə də bu səni son görüşümdür...
Bilmirəm,sadəcə mən gedirəm.
Çarəsizcə,ümidsizcə,qərarsızca mən
gedirəm..
Ola bilsin qayıtmaq istəyəcəyəm,
Bəlkə bundan sonra gülməyəcəyəm,
,,Niye gedirsən,,desələr
dinməyəcəyəm...
Sadəcə bir söz deyəcəm
Men gedirem.
Vaxtsız gələn qonaq kimi mən
gedirəm.
Daha bu qədər,qaldığım bəsdir,
Eşq mənimkimilərçün adi həvəsdir,
Ruhum,meni telesdir.
Əs ey külək, oxşa onun saçlarını
Denən məni gözləməsin.
Bilirəm, o da çarəsizdir mənim kimi..
Ölüm kimi, həyat kimi
Vaxtsız idi, bu ayrılıq.
Sənin kimi zərif idi vüsalın da.
Bu heyatın her anında
Zamanında
her anımda idin sen de.
Amma,indi mən gedirəm uzaqlara
bilmirəm ne axtarıram.
Bir dost,yoldaş ya sevgili?
Bilmirem...
Her kəsdən uzaq qaçıram.
Unudaraq,bir-iki o xoş günlərimi
Men gedirem..
Aylarımı,illərimi o balaca dilənçiyə pay
verirəm,
lazım olar belke ona.
Həyat ona da gülməyib mənim kimi..
Bu soyuqda,bu havada yəqin donubdu əlləri,
heç nə yoxdu isinməyə.
Dilim gəlmir,söz deməyə
baxıram uzaqdan ona.
Yaxınlaşa bilməsəm də,
verə bilməsəm də ona maddi nəsə,
Gərək verim,əynimdəki pencəyimi..
Ağlamasın,üşüməsin bu soyuqda.
Mənsə yenə davam edim öz yoluma,
Gecikməyim..
O yolda gözleyir meni,
tanimadığım neçə yad insan..
Gərək gedim tanımaqçun mən onları...
Dayanmıyım,
Yubanmıyım..
Esas odur inanmıyım,
yoldan ötən hər
bir kəsə..
Necə edim ki,sınanmıyım?
Qınamıram heç bir kəsi..
Yatanları oyatmadan,
yaxşısıdı səs salmadan
Qapını örtüb arxadan
Xəbərsizcə çıxım gedim..
Elvidasız çıxım gedim...


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
2+36=
Hesaba giriş
Müəllif

AğaPaşa
Haqqında
agapasha.wordpress.com mənim blog səhifəmdir.
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0288 saniye