GƏL
Ruslan Ələkbərli tərəfindən "Şeir" bolməsinə 16:58 04 yanvar 2015 tarixində əlavə olunmuşdur

Yaman darıxmışam a zalım qızı,
Həsrətin od olub, qəlbə doldu, gəl.
Adımız həkk olan o yaşıl çinar,
Dözməyib hicrana, vaxtsız soldu, gəl.

Gün deməzdim sənsiz ötən günə mən,
Ötən illər saçlarıma saldı dən.
Çəkilmir başımdan nə duman, nə çən-
Cavan ömrüm qəm dəryası oldu, gəl.

İnamla yolunu gözləyir gözüm,
Gözlətmə, tükənir canımda dözüm.
Sən gələn yollara qurbanam özüm,
Getdiyin dar küçə, həmin yoldu, gəl...


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
9+17=
Hesaba giriş
Müəllif

Ruslan Ələkbərli
Haqqında
http://edebiyyatisigi.com da redaktor.ADAU-nun 4-cü kurs tələbəsi. Həvəskar şair. "Mingəçevir leysanı" jurnalının bölgə muxbiri və sədir müavini.
Əlaqə
Tel.:
0558425352
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0271 saniye