Gələn deyilsən
Ruslan Ələkbərli tərəfindən "Şeir" bolməsinə 22:44 25 oktyabr 2014 tarixində əlavə olunmuşdur

Son dəfə görüşə çağırsam səni,
Bilirəm yenə də gələn deyilsən.
Gecə-gündüz gəlişini gözləyən,
Gözümün yaşını silən deyilsən.

Sən mənim qismətim, alın yazımsan,
Həm şirin ləhcəmsən, həm avazımsan.
Sinəmdə əriməz qarım-buzumsan,
Bircə yol üzümə gülən deyilsən.

Adınla başlayır hər kəlmə sözüm,
Bir vaxtlar sən idin işığım, közüm.
Daha qalmayıbdı canımda dözüm,
Ölsəm də qədrimi bilən deyilsən.


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
5+20=
Hesaba giriş
Müəllif

Ruslan Ələkbərli
Haqqında
http://edebiyyatisigi.com da redaktor.ADAU-nun 4-cü kurs tələbəsi. Həvəskar şair. "Mingəçevir leysanı" jurnalının bölgə muxbiri və sədir müavini.
Əlaqə
Tel.:
0558425352
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0344 saniye