Gəlinliklər nə üçün ağ rəngdə olur?
Sirlər Ensiklopediyası tərəfindən "Maraqlı məlumatlar" bolməsinə 21:01 13 dekabr 2015 tarixində əlavə olunmuşdur

Bir gün bir uşaq anasından soruşur: “Ana, gəlinlərin geyimi nə üçün ağ rəngdə olur?” Anası cavab verir: “Çünki ağ rəng masumluğun və xoşbəxtliyin simvoludur”. Uşaq yenidən soruşur: “Yaxşı, bəs, bəylər nə üçün qara geyinirlər?”...

Qədim Romada gəlinliklərin rəngi sarı idi. Ümumən qadınlar yenə sarı rəngdə üz örtüyündən istifadə edirdilər. Qadınların evli və ya subay olduqlarını bu örtüklərə görə müəyyən edirdilər. Orta əsrlərdə isə gəlinliklərin rənginə o qədər fikir vermirdilər. Parçanın keyfiyyətli və dəbdəbəli olması daha əhəmiyyətliydi. Hər kəs ən yaxşı paltarlarını geyinərdi, rəng də hər kəsin öz seçiminə görə idi.

Ağ gəlinlik adəti XVI əsrə aiddir. O illərdə kral ailəsi gəlinlərinin gümüşü rəngdə gəlinlik geyinmələri bir ənənə idi. Kraliça Viktoriya  isə bu ənənəni rədd edərək ağ rəngli gəlin paltarı geyindi.

Bu hadisədən sonra İngilis və Fransız yazarlar ağ rəngin məsumiyyət simvolu olduğu mövzusunu inkişaf etdirməyə başladılar. O dövrün əxlaq normalarına görə, bakirəlik evliliyin əsas şərti olduğu üçün ağ gəlinlik adəti də bununla bağlı idi. Evlənərkən ağ geyim geyinmək gənc qızların bəkarətlərini cəmiyyətə elan etmələrinin əsas vasitəsi oldu.

Gəlinliklə bağlı bəzi batil inanclar da mövcuddur. Belə ki, gəlinin gəlinliyini şəxsən özünün tikməyi, bəyin toydan əvvəl gəlini gəlinliklə görməyi, gəlinin gəlinliyi toydan əvvəl geyinməyi uğursuzluq gətirir.

Evlənməkdən söhbət düşmüşkən nişan üzüyündən də danışmaq lazımdır. İnsanların evlənərkən üzük taxmaqları qədim misirlilərin inanclarına söykənir. Miladdan 2800 il əvvəl Misirdə yaşayanlar dairənin və ya halqa şəklindəki cisimlərin, başlanğıc və bitmə nöqtələrinin olmaması səbəbi ilə sonsuzluğu təmsil etdiklərinə inanırdılar. Üzük evliliyin sonsuza qədər davam edəcəyinə bir işarə idi. Sonra bu inanc və adət romalılar vasitəsilə dünyaya yayıldı. Qazıntılar zamanı o dövrlərə aid çox maraqlı nişan üzükləri də aşkarlanmışdır.

Evlilik üzüyünün sol ələ və sondan bir əvvəlki barmağa taxılmasının səbəbi isə modern tibbin inkişafından əvvəlki dövrlərə aid yalnış bir insan anatomiyası təsbitidir. O zamanlarda qan dövranı sistemimizdəki aorta damarının sol əlin məhz bu barmağından başlayıb ürəyə getdiyi düşünülürdü. Beləcə buraya ilişən üzüklər evli cütlüyün ürəkdən bağlılığını ifadə edirdi. Hərçənd indi damarların haradan gəlib hara getdiyi bilinsə də, bu da bir adət olaraq qalmaqdadır.

baki-baku.az


... dəfə oxunub
Qiymət: 6/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
9+12=
Hesaba giriş
Müəllif

Sirlər Ensiklopediyası
Haqqında
Sirlər Ensiklopediyası Facebook səhifəsinin rəsmi Yazar.in profili. Ən maraqlı xəbərlər, qeyri-adi faktlar və sirli hadisələr haqqında yazılar, foto və videolar sizin üçün çox maraqlı olacaq...
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0285 saniye