Gənclərə məktub
Graf tərəfindən "Digər yazılar" bolməsinə 14:22 27 may 2014 tarixində əlavə olunmuşdur

Yolla gedirsən... Ətrafda olan hər şey, insanlar, maşınlar, daş binalar, hətta zavodlar belə bir çox hallarda insanı düşünməyə vadar eləyir... Amma, yenə də suallar qalır insanın beynində:

– “Bunlar hamısı nə üçündür?”, “Məqsəd nədir?”, “Əgər öləcəmsə niyə varam?”, “İnsanlar niyə heç nəyin üstündə biri-birilərinə düşmən kəslirlər?”, “Bir parça çörəklə bir günü başa vurmaq olarsa, onda bahali yeməklər, restoranlar niyə insanların həyat tərzinə çevrilir?”, “Hansısa bir qonaqlığa və ya toya geyməyə paltar almağa imkanın olmadığı halda niyə başqasının paltarını pulla kirayə götürməlisən?”,  “Əgər bildiyin halda ki, bir hərəkətin kiminsə həyatinı riskə atır, onda niyə bilə-bilə bu pisliyi edirsən?” …

Hərdən sevinirəm ki, Bakıda yaşayıram. Xəzəri olan Bakıda… Dərdlərim içimdə üsyan edəndə onları Xəzərə boşaldıram. Bəlkə də başqaları kimi oda dərdlərimi ona danışmağımı istəmir. Hər gün eyni işlər bezdirir adamı. Səhər qalx, yemək ye (əgər varsa), get dərsə, hər gün saxta gülüşlə müəllimə “hörmət” et, gəl evə, valideynlərinin danlamalarına qulaq as (sənin xeyrinə olduğunu düşünürlər), bir təhər yatana qədər vaxtını keçir (səviyyəsiz çatlarda yazış, pornoqrafiyaya bax, Facebook-da şit poza verən qızlara dostluq göndər, saat ilişib dəyananda başını divara vur ki, vaxt tez keçsin, və s. bu cür “səmərəli” işlərlə..!) və nəhayət yatanda yorğanın altında düşün:

– Bir günüm getdi… Hara getdi..? Niyə getdi..? Bu gün yeni nə öyrəndim..? Sabah nə öyrənməliyəm ki, birisi gün mənə lazım olsun…?

Ya da ki, istəsən heç nə düşünmə. Başını at balınca, yat ölü kimi… Sən onsuz da həyatının cəmi 4-5 ilini yaşayırsan. Qalanını canlı ölü olursan.

Nifrət elədiyim isə yalan hesabına iş görməkdi. Onsuz da vətəndşı olduğum bu ölkədə “demokratiya”ya ancaq AzTV-də rast gəlmək olur. Bir sözlə, haqsızlıq baş alıb gedir. Güclülər istədiyini edir, basıb zəifləri əzir. Buna baxmayaraq bəziləri belə halından şikayətçi deyil bu ölkədə. “Nəfəs alıb, bir tikə çörək tapa bilirəmsə min şükür” – deyirlər. Azadlığın ən böyük düşməni də elə bunlardır. Qoyunlar bilmirlər ki, Azərbaycanda orta hesabla aylıq əmək haqqı 3000 manatdır. Rüşvət almayan müəllim ayda 250 manat qazanırsa, “hörmət” edilən həkim 5750 manat qazanır. Bu ədədlərin də ortaq qiyməti eləyir 3000 manat (OAƏH). İnsanlar 5-10 saniyəlik həzzin nəticəsini düşünmədən günaha batırlar. Ya da düşünərəkdən…

Ehhh... İnsanlarda ideologiya çatışmamazlığı özünü göstərir: “Buna bax, şalvarı belindən düşür…”, “Buna bax, roka qulaq asır, dəlidir!”, “Buna bax, yayda əlcək taxır!”, “Belə oğlan olar?! Saçının uzunluğuna bir bax!!!”, “Bu abırsıza bax hələ, şəhərə də şortik geyərlər..?”.

Belə fikirlər onu deməyə əsas verir ki, cəmiyyətimiz çox geridə qalıb. Rep bizim yaşlı nəslin nümayəndələrinə qeyri-ciddi bir iş kimi görünə bilər. Amma, o vaxtlar Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadələr “Molla Nəsrəddin”i nəşr edəndə onların da yaşlı nəsilləri barmaq ilə onları göstərib gülürdülər. Jurnal, qəzet çıxarmağı Avropadan gəlmiş pis vərdiş kimi qiymətləndirirdilər. Elə indi də rep Azərbaycanda eyni problemi yaşayır. Yəni ki, eyni sözü kitabda yazsan olacaq ciddi ədəbiyyat, mikrofonla desən olacaq qeyri-ciddi rep. Amma ki, sözün mahiyyəti eyni olaraq qalır.

Məktəblərdə tərbiyə əvəzinə əsarət hökm sürür... Qapılar bağlı – birdən kimsə dərsdən qaçar! Əgər sinifdə istək olmadan dərs dinləyəcəksənsə bu onsuz da insan üçün vaxt itkisidir... İnsan özünü hansısa bir yolda görməlidir və dayanmadan irəliləməlidr... Bir ailədə hami ALİM ola bilməz ki.?! Məcburi savadlı olmaqdansa özünə yaxın olan işlə mşğul ol..! Bir saniyə belə vaxt itirmək olmaz... Bir kəlmə belə artıq işləmək olmaz... Bir qram suyu belə ehtiyacın olmadan içmə. Susuzluqdan saniyədə 5-6 nəfər insan ölür bu dünyada... Yazmaqla qurtarmır, zaman yetməz hər şeyi yazmağa…

 

 

SADƏCƏ HƏR ŞEYDƏN NƏTİCƏ ÇIXARIN !!!


... dəfə oxunub
Qiymət: 8/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
3+23=
Hesaba giriş
Müəllif

Graf
Haqqında
Copywriter & Corrector; Student at the AzTU; Solo guitarist (nEURO band);
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.032 saniye