Gerçək sevgi yoxdu daha...
Səadət Sadıqova tərəfindən "Şeir" bolməsinə 00:05 30 iyul 2013 tarixində əlavə olunmuşdur

Gerçək sevgi yoxdu daha.
Nələr eləsən görünməz.

Canını versən bilinməz.
Xatirələrdən silinməz.
Gerçək sevgi yoxdu daha.

Nə vəfa var sədaqət var.
Xoşbəxtlik var səadət var.
Məhəbbət yox xəyanət var.
Gerçək sevgi yoxdu daha.

Qızıl daş-qaş səltənətdi.
Gözəllikdi var-dövlətdi.
Məyər bunlar məhəbbətdi?
Gerçək sevgi yoxdu daha.
Yoxdu daha qəlbdən sevən.
Sevgi üçün canın verən.
Sevginin qədrini bilən.
Gerçək sevgi yoxdu daha.

Bu gün gələn sabah gedir.
Yəni ümid yox sabaha.
Bizim gördüyümüz kimi.
Gerçək sevgi yoxdu daha...

 

... dəfə oxunub
Qiymət: 5/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
7+5=
Hesaba giriş
Müəllif

Səadət Sadıqova
Haqqında
Şeir yazmağı çox sevirəm.eyni zamanda şəkil çəkməyi də.
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0247 saniye