Gərək Allah Olum
Amin Mehdi tərəfindən "Şeir" bolməsinə 20:13 03 avqust 2015 tarixində əlavə olunmuşdur

Didərgin olmuşam mən bu dünyada.
Gərək Allah olub 
Yaradım başqa dünyalar.
Qaçqını olmadığım 
Evlər yaradım.
Yadlaşmadığım şəhərlər qurum.
Ürəklə yurdum deyə biləcək
Bir yer uydurum.

Gərək Allah olub 
İnsan düzəldim
Torpağın axırı palçıq kimidir.
Gərək sevgilərdən insan düzəldim.
Kimsəsizdir qollarım!
Bir qadın düzəldib
Qucaqlayım boynunu.
Bir qardaş düzəldib 
Sıxım qolunu.
Uzatmayıb yolumu
Uzaqları yox edib
Yaxınlara toplayım
Doğmaları,dostumu.
Amma hər şeydən əvvəl
Gərək Allah olum.
Gərək Allah olum.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
2+27=
Hesaba giriş
Müəllif

Amin Mehdi
Haqqında
Qafqaz Universiteti (tərcümə)
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
Twitter
Ordenlər
Nazim Hikmət Ordeni
YouTube-da izlə
Facebook
0.0405 saniye