Get evə, şair
Mirzə Lazım tərəfindən "Şeir" bolməsinə 08:39 28 mart 2018 tarixində əlavə olunmuşdur

Qəzəbdən o qalın qaşların çöküb,

Düşünmə əzablar qaçacaq hürküb

O qırıq qəlbinlə boynunu büküb,

Götür kədərini, get evə, şair

 

Bir ümid yolunda sənindir fəlah,

Söylə bəs nədəndir bu çəkdiyin ah?

Bundan da bəd günə çıxarsan sabah

Ötür betərini, get evə, şair

 

Başına taledən daş yağır dedin,

İndi də üstünə yüklənib dərdin

Əzəldən uçuqdur könül məbədin

Boş ver xətərini, get evə, şair

 

Ey Lazım, hansı yön, sağın ya solun?!

Özündən xəbərsiz yazırdı qolun

Sonuna vardığın bu səfeh yolun

Ödə bədəlini, get evə, şair

 


... dəfə oxunub
Qiymət: 10/10(9 səs)
[qiymət ver ]
Şərh yaz
8+27=
Hesaba giriş
Müəllif

Mirzə Lazım
Haqqında
Bir gün bütün balıqların günəşə qovuşması diləyi ilə...
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0219 saniye