Görünməz eynəklər
Peykər İbrahimova tərəfindən "Digər yazılar" bolməsinə 19:56 24 iyul 2012 tarixində əlavə olunmuşdur

 

Mənim bir gözüm var.taygözəm..ikinci gözümü necə itirimişəm deməyim.Ürəyin qalxar ya iyrənərsən. Axıra qədər söhbətimə qulaq asmazsan..hə,mənim bir gözüm var.hərdən sağı, bəzən solu görmək üçün başımı həmin tərəfə çevirməli oluram.tək gözlüyəm..buna görə də evdə eynək və papaq kolleksiyam var.bir neçə dəfə də polis başımdakı papağa və gözümdəki dünyam qədər qaranlıq eynəyə görə məni tutub...Sonra bir gözümü görməyib və məndən “Sən Allah bağışla.bilmədim ” deyib üzr istəyib...və dərin bir ah çəkib başını bulayıb,hardasa bir yerdə bir-iki siqarət tüstülədib guya ki,halıma pis olub.Rədd olsun!Mən heç kəs üçün ibrət muzeyinin eksponatı deyiləm.Bilirsən niyə belə aqressiv danışıram?! Çünki gözümün çxmağında mənim zərrə qədər günahım yox idi.

           Hə,mən o olmayan gözümün üstünə piratlardakı kimi bir örtük taxmaq istəmirəm.Bəlkə mikrob keçər.Bəlkə mən yenə boş-boş danışıram.Evdən səhərlər çox  çıxmaram.ancaq axşamlar, onda hər şey dəyişir.Rahat gəzirəm..

      Həyatımı qazanmaq üçün şəkil çəkirəm.Mən profesyonal fotoqrafam.Hamı heyrandı çəkdiyim şəkillərə.Jurnallar mənim şəkil çəkməyimi istəyirlər.Ən nüfüzlu jurnallar...

       Sənə bilirsən nədən danışmaq istəyirdim,əziz qulaq asmayıb eşidən həmsöhbətim?! Görünməz eynəklərdən.bax bu məni sevindirir.Bilirəm,sevinmək üçün mənasız bir səbəbdir.Ancaq mənim də təsəllidən başqa tapdığım heç nə yoxdur.Məni gözümü itirdikdən sonra tərk edən  sevgilim kimi...

      Mən tək gözümlə gördüyüm ən möhtəşəm şeydir bu.Maraqlıdır,cüt gözlülərdən bunu heç kəs görmür.Görünməz eynəklərdən danışıram.İnsanların belə bir eynəklə doğulduğunu bir neçə ildir kəşf etmişəm, ya da başa düşmüşəm.bu elə bir eynədkir ki,ondan hamıda var.Bu göz yox,qəlb ,düşüncə korluğunu göstərən bir eynəkdir.Necə ki,gözün zəifliyi mənfi və ya müsbət olamqla ölçülür,burda ölçü yaxına çox diqqətli,uzağa etinasız ya da uzaqlara həddən artıq diqqətli yaxına etinasız şəklindədir.Ancaq yəqin ki,burda da fərqli ölçülər var və mən hələ  fərqli ölçülərə malik olanlarla tanış olmamışam.

  Görünməz eynəklər-kimi uzağı yaxşı görmür,kimi yaxını kimi də ümumiyyətlə kordur.Məni səhv başa düşməməyinizi əvvəlcədən sizdən xahiş edərək bir misal çəkirəm:Qonşumuzdakı varlı kişi yan-yörəsindəki kasıblara ehtiyacı olanlara kömək etmək yerinə,ölkədən xaricdəkilərə kömək edir.Hə,kömək etsin.Ancaq yanında acından ölən də insan deyil?!Ya da hər ikisinə də kömək etsin.Bu təkcə kiməsə əl tutmağa aid deyil.Sevgidə,dostluqda bir sözlə ağlınıza gələn hər yerdə,hər sahədə belədir.Görünməz eynəkləri çıxarmağa cəhd etməyin heç vaxt köməyi olmaz.Çünki onlar çıxarıldıqdan bir müddət sonra göz ağrıyır.

Hə,artıq sözümü sona çatdırım.Təkgöz bir fotoqraf olaraq gördüklərim mənə bəs edir.


... dəfə oxunub
Qiymət: 7/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
6+4=
Hesaba giriş
Müəllif

Peykər İbrahimova
Haqqında
Bakı Dövlət Universiteti Şərqşünaslıq fakultəsində təhsil almışam. Yazıram,çünki,yazmaq-bütün dünyanı,problemləri arxada qoymaqdır.Yazıram çünki,hərf,söz və cümlələrdən ibarət bir dünya daha maraqlı görünür.
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.0305 saniye