Gülüşünlə
Rüstəm Sadiqli tərəfindən "Şeir" bolməsinə 02:14 14 oktyabr 2015 tarixində əlavə olunmuşdur

Qışı bahar edib yaz eyləyirsən.
Açılan səhəri saz eyləyirsən.
Bəzən üz döndərib naz eyləyirsən.
Ruhuma toxunur buz gülüşünlə. 

Gülüşün bəxş edir dünyanı mənə.
Bənzəyir gülüşün əlvan çəmənə.
Dinərək gülümsə sevgilim yenə.
Nə gözəl səslənir söz gülüşünlə. 

Güləndə gözlərim səmanı görür.
Sanki həmin anda dünyanı görür.
Ömürdən ən gözəl zamanı görür.
İşığa qərq olur göz gülüşünlə. 

Ömrün baharını ömrün yazını.
Gah asiq sözünü,quş avazını.
Çalırsən könüldə sevgi cazını.
Nələr yaradırsan öz gülüşünlə.


... dəfə oxunub
Qiymət: 9/10(9 səs)
[qiymət ver ]
Şərh yaz
2+37=
Hesaba giriş
Müəllif

Rüstəm Sadiqli
Haqqında
Şair,
Əlaqə
Tel.:
+994517196064
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0258 saniye