Gün gələcək
Mirzə Lazım tərəfindən "Şeir" bolməsinə 19:27 01 iyul 2022 tarixində əlavə olunmuşdur

Gün gələcək, görəcəksən:

Üzündəki təbəssümün

Gözlərimi oxşayacaq

Səni hələ görməmişkən

Ürəyimə düşmüsənsə,

Sənin ilə baxışlarım

Bir anda göz-gözə gəlsə,

Bu vüsaldan yer titrəyər,

Qəlb şövqlənər, dil titrəyər...

 

Bu ayrılıq, bu hicranın

Unutmarıq tarixini

Şahidimiz hüzün çayı...

Həmin çayın sahilində

Kölə kimi satıb səni

Gətirdilər hüzuruma

Sənin qanlı köynəyini...

 

Sən ölmədin, mən bilirdim,

Bil ki, səni iki əsr

Ürəyimdə bəsləyirdim,

Hər gün səni səsləyirdim...

Sən vilayəti gözləyən,

Əvvəlində kənizləyən

Quyudakı Yusuf kimi...

Mənsə hicran yükü çəkən,

Gözlərinin nuru itən

Könlü qəmli Yaqub kimi...

 

Eşitdim ki, ellər boyu

Tərk etməmiş dərd başını,

Eşitdim ki, illər boyu

Qurudublar göz yaşını...

Bircə mənə uzaqlardan

Sorağını yetir, gəlsin

Uçacağam sevincimdən

Bakının düz sahilindən

Beş yüz qırx kilometr

və həmin gün ortasından

O üz-bu üz yollar keçən

Göllərimiz qovuşacaq,

Gözlərimiz qovuşacaq...

 

Gün gələcək, görəcəksən:

Üzündəki təbəssümün

Gözlərimi oxşayacaq

Bu vüsaldan yer titrəyər,

Qəlb şövqlənər, dil titrəyər...


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
9+21=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0246 saniye